"Nikol Paşinyan Ermənistanın baş naziri seçildikdən sonra bir neçə dəfə təxribatçı hadisələrə əl atıb". Bunu SİA-ya açıqlamasında millət vəkili Cavid Osmanov deyib.
"Bu birinci növbədə ondan irəli gəlir ki, Ermənistanın daxilində siyasi sabitlik qeyri anormaldır. Yəni, orada siyasi sabitlik yoxdur, daxildə gərginlik mövcuddur, köhnə hökumətlə indiki hökumət arasında isə xeyli münaqişələr, çəkişmələr vardır. Belə olan halda Paşinyan hər zaman çalışır ki, atəşkəsin pozulması istiqamətində təxribatlar aparsın. Artıq biz bir neçə dəfə bunun şahidi olmuşuq. Paşinyan sərsəm və təxribatçı çıxışlarla çalışır ki, fikirləri daxildəki qeyri sabitlikdən çıxarıb Dağlıq Qarabağ istiqamətinə yönəltsin. Təbii ki, bu sözlər hamısı danışıqlar və sülh prosesinə çox mənfi təsir göstərir. Amma Azərbaycan xalqı və dövləti hər zaman istəyir ki, bu münaqişə bütün beynəlxalq prisiplərə tənzimlənsin və sülh yolu ilə həll olunsun. Biz hər zaman bilirik ki, müharibə hər an ola bilər. Azərbaycan ordusu qüdrətli ordudur və istənilən vaxt Azərbaycanın işğal altında olan torpaqlarını azad etməyə qadirdir. Ona görə də Paşinyanın sərsəm fikirləri, addımları, hərəkətləri qətiyyən yolverilməzdir", - deyə, C.Osmanov fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB