ATƏT-in qış gündəliyi bəlli oldu

ATƏT-in qış gündəliyi bəlli oldu

ATƏT Parlament Assambleyasının Avstriyanın paytaxtı Vyanada keçiriləcək 10-cu qış sessiyasının gündəliyi açıqlanıb. SİA-nın qurmun rəsmi saytına istinadən verdiyi xəbərə görə, sessiyada əsasən Misir və Tunisdə baş verən son hadisələr, Qırğızıstanda mövcud durum, Belarusda vəziyyət və ATƏT-in bu ölkədəki ofisinin bağlanması məsələsi müzakirə mövzusu olacaq. Sessiyanın açılışında ATƏT PA-nın prezidenti Petros Eftimiu, ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis və Avstriya parlamentinin spikeri Barbara Prammer çıxış edəcəklər. Sessiyada ATƏT-ə üzv 55 ölkədən 250-dən artıq nümayəndə heyəti iştirak edəcək.

 

Qış sessiyasının birinci günü quruma daxil olan siyasi və təhlükəsizlik, iqtisadiyyat və demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə komitələrin birgə iclaslarının keçirilməsi nəzərdə tutulub. Müzakirələrdən sonra ATƏT PA-nın plenar iclası öz işinə başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə