Cümşüd Nuriyev: “İranda baş verən hadisələrin ölkə daxilində böyük ictimai dayaqları yoxdur”

Cümşüd Nuriyev: “İranda baş verən hadisələrin ölkə daxilində böyük ictimai dayaqları yoxdur”

İranda baş verən hadisələr daha çox Qərbdən alovlandırılsa belə ölkə daxilində böyük ictimai dayaqları yoxdur. Politoloq Cümşüd Nuriyev SİA-ya açıqlamasında bunun səbəblərinin müxtəlif olduğunu deyib. Belə ki, öncə farslar heç zaman razı ola bilməz ki, türk olan Müsəvi bu məsələlərə rəhbərlik etsin. İkincisi Mehdu Kərrubi vaxtı ilə dövlət vəzifələrində olub və onun da müxalifətə yardım etmək imkanı məhduddur: "Müsəvi Qərbyönümlü olduğuna görə artıq İran parlamentində Müsəvinin və Kərrubinin ölümü tələb olundu. Bu Əli Laricanın gözü qabağında baş verdi və parlament sədri bunu dəstəklədi. Türkiyə prezidentinin məhz İranda səfərdə olduğu zaman nümayişlərin baş verməsi və bu fonda Abdullah Gülün "insanlara öz fikirlərini sərbəst deməyə şərait yaradın" fikirləri də ölkə daxilində qıcığa səbəb oldu. Bu zəmində İranın iqtidaryönlü kütləvi informasiya vasitələri Abdullah Gülü az qalır ki, Amerikanın agenti etsin. Bir şeyi də nəzərə alaq ki, hadisələrin ilk günü bir nəfər öldü, 250 nəfər yaralandı. Bu prosesin davam etmə ehtimalı azdır".

 

Ərəb ölkələrində nümayişlərin canlanmasında birbaşa əli olan ABŞ-ın əsas marağı qəbul etdiyi proqrama uyğun olaraq dünyanın neft resurslarının 60 faizə qədərinin toplanacağı yeni bir dövlət yaratmaqdır. Cümşüd Nuriyev hesab edir ki, Ağ evin "Qara qızıl" hərisliyinin arxasında bu durur. Məkan isə bəllidir - İranın cənubu. Burada isə münbit şəraitin yaranması üçün Fars körfəzinin parçalanması lazımdır.

 

Poltoloq deyir ki, planın real olması üçün Ağ evin yürütdüyü siyasət əsasında ərəb ölkələrində baş verən nümayişlər İrana keçməli idi. Lakin nümayişçilərə seçilən başçılar zəifdir. Çünki bəzi müxalifət nümayəndlərinin arxasınca azərilərin getməyəcəyinə görə, inqilabın olmayacağı ehtimalı daha yüksəkdir. Yəni İranın hal-hazırki iqtisadi, siyasi durumunu analiz edəndə yaxın zamanlarda İranda yaşıl inqilab görünmür. Amma ABŞ bu inqilabı ölkənin daxilinə Suriya, İraq, Fələstin yolu ilə ixrac etməyə çalışır.

 

C. Nuriyev vurğulayıb ki, ABŞ-ın hücumları qarşısında da İran sakit dayanmayıb. Cavab isə Bəhreyn oldu: " İran eyni zamanda Bəhreyndə çoxlu şiyə olduğuna görə, bu dövləti ayağa qaldırdı. Bu da ABŞ-a növbəti zərbə idi. Çünki Bəhreyn birbaşa ABŞ-ın dəstəklədiyi dövlətdir. İran əks reaksiyanı da verməyi bacardı. Amma bütün hallarda İranda sakitlik olacağını demək bu bir qədər çətindir. Qarşıdurmalar olacaq. Lakin bu prosesdə azərilər ancaq iştirak edir. Bunun geniş vüsət alması üçün hamı qalxmalıdır. Ən azından əhalinin yarı faizi narazı kütlə formasında nümayişlərə başlamalıdır. Hadisələrin 3 ay ərzində növbəti bir Yəmən və ya başqa hansısa bir ərəb dövlətində nümayişlər baş versə, onda İran nə qədər çalışsa da bundan qurtara bilməyəcək. Türkiyənin özündə də son zamanlar daxili vəziyyət gərginləşəməyə doğru gedir. Xüsusilə də kürtlər yaşayan bölgələrdə mitinqlərin başlanması fonunda çalışırlar ki, sadəcə olaraq inqilab şərqə gəlsin. İndi gəlmə ehtimalı İran üçün hələlik aşağıdır. Yəni 15-20 faiz dəyərləndirmək olar. Halbuki, bu o zaman vaxt baş verir ki, kütlənin 50 faizi narazı olsun. Lakin əhalinin yarısı narazı olsa belə bunu bildirənlərin sayı azdır".

Bütün xəbərlər Facebook səhifəmizdə