Türkiyə prezidenti Abdullah Gül ATƏT-in baş katibliyi üçün namizədliyini irəli sürən türk namizədə dəstək verməsi üçün Ermənistan prezidenti Serj Sarkisyana məktub yazaraq ondan dəstək istəyib. SİA-nın erməni mətbuatına istinadən yaydığı məlumata görə, rəsmi İrəvan artıq cavabını verib. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tiqran Balayan rəsmi İrəvanın ATƏT-in baş katibliyi üçün namizədliyini irəli sürən türk namizədə dəstək verməyəcəyini bildirib.
Qeyd edək ki, ATƏT-in baş katibliyi postu üçün daha 3 nəfər namizədliyini irəli sürüb. Onlar Avstriyanın sabiq xarici işlər naziri Ursula Plassnik, portuqaliyalı keçmiş parlamenmtari Joao Soareş və UNMİK-in (BMT Kosovo Missiyası) sabiq sədri italyan Lamberto Zannedir. Seçki kampaniyasına fevralın 14-də start verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB