Ermənistanda hökumətin istefası tələbilə mitinq keçiriləcək

Ermənistanda hökumətin istefası tələbilə mitinq keçiriləcək

Ermənistanda hökumətin istefası və erkən seçkilərin keçirilməsi tələbilə mitinq keçiriləcək.

SİA-nın xəbərinə görə, Ermənistan Milli Konqresi tərəfindən fevralın 18-də keçiriləcək mitinqdə hökumətin seçkiləri saxtalaşdırdığı, orta təbəqəni təzyiq altında saxladığı, qiymət artımının qarşısını ala bilmədiyi vurğulanacaq.

Ermənistanın ilk prezidenti, Ermənistan Milli Konqresinin lideri Levon Ter Petrosyanın da çıxış edəcəyi mitinqdən sonra yürüş keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə