Azərbaycan vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsi hazırlanacaq

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin hazırlanması haqqında sərəncam imzalayıb. SİA-nın xəbərinə görə, Nazirlər Kabinetinə üç ay müddətində elektron daşıyıcısı (çip) olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsvirini, spesifikasiyasını və nümunəsini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.

Müəyyən edilsin ki, bu sərəncamda göstərilən elektron daşıyıcıda (çipdə) vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı və ailə vəziyyəti haqqında məlumatlar, habelə barmaq izi və digər fərdi biometrik göstəricilər yerləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə