Ermənistan MDB məkanında kənd təsərrüfatı sahəsində autsayder ölkədir
2010-cu ildə MDB ölkələri arasında kənd təsərrüfatı sahəsində ən böyük tənəzzül Ermənistanda qeydə alınıb. MDB-nin Dövlətlərarası Statistika Komitəsinin yaydığı xəbərə görə, birlik üzvlərindən kənd təsərrüfatı məhsullarının istehsalına görə ilk yeri Moldova tutub (7,9 faiz). Tacikistan və Özbəkistanda, həmçinin Belarusda da artım qeydə alınıb.
Digər ölkələrdə isə ötən il bu sahədə geriləmə müşahidə olunub. Ən ciddi geriləmə isə Ermənistandadır mənfi - 13,5, Rusiyada - mənfi 11,9, Qazaxıstanda - mənfi 11,7, Qırğızıstanda mənfi 2,8, Azərbaycanda mənfi 2,2, Ukraynada isə mənfi 1 faiz təşkil edib. Türkmənistanla bağlı məlumat verilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB