Amerika Birləşmiş Ştatlarının Konqresində 2012-ci maliyyə ili üçün büdcə layihəsinin müzakirələri zamanı ABŞ prezidenti Barak Obama Azərbaycana nisbətən Ermənistana hərbi sferada proqramların icrasına ayrılan maliyyənin azaldılması təklifi ilə çıxış edib. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, təklifə əsasən Ermənistana hər il ayılması nəzərdə tutulan 40 milyon dolların azaldılması planlaşdırılıb.
Eyni zamanda Azərbaycana ayrılan maliyyə yardımı yarıya qədər azaldılıb. Belə ki, maliyyə yardımı 22.12 milyon əvəzinə 16.6 milyon dollar təşkil edəcək. Eyni zamanda səhiyyə və uşaqların sağ qalması istiqamətində isə ayrılan maddi yardım tamamilə sıfıra endirilib.
Həmçinin büdcədə Avropa, Avrasiya və Mərkəzi Asiyada proqramların icrasına ayrılan maliyyənin 742 milyon dollardan 627 milyon dollara endirilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB