Emin Həsənli: “Müxalifət partiyalarını növbəti fəlakət gözləyir ” RƏY-ÖZƏL
“Müxalifət düşərgəsini təmsil edən liderlər zaman-zaman xaos və anarxiya burulğanında əzilən müxalifəti partiyalarının parçalanmalarının qarşısını almaq, birlik modelini reallaşdırmaq arzusu ilə müxtəlif ideyalar, təkliflər irəli sürüblər”. Bunu SİA-ya açıqlamasında TOHGMİB-nın sədri Emin Həsənli deyib. Onun sözlərinə görə, amma istəkləri reallaşmayıb: “Çünki, birinci partiya və aparıcı lider olmaq iddiaları onlara istəklərini reallaşdırmağa imkan verməyib. Ümumiyyətlə, müxalifət partiyalarının inkişafdan qalması, cəmiyyətdə ki, ictimai-siyasi proseslərə təsir edə bilməməsinin səbəblərini məhz həmin liderlərin yarıtmaz siyasət aparmaları ilə əlaqələndirmək lazımdı. Düşünürəm ki, bu partiyalar da həmin liderlərin şəxsi maraqları üzərində qurulub. Demək olar ki, adı çəkilən partiyalar ancaq bir şəxsin iradəsindən asılıdır. Ona görə də, bu kimi partiyalar normal bir partiyaya çevrilərək fəaliyyət göstərə bilmirlər. Bunun da əsas səbəbi, uzun illərdi ki, bu partiyaların başında oturan və öz şəxsi maraqlarını güdən liderlərlə bağlıdır. Ə.Kərimlinin müxalifəti birləşdirmək arzusu elə arzu olaraq qalacaq. Çünki, elə müxalifətin birliyinə qarşı çıxanlardan biri elə Ə.Kərimlinin özüdür. Bu baxımdan müxalifət partiyalarını növbəti fəlakət gözləyir”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB