Təhmasib Novruzov: “Əli Kərimli heç zaman öz ağlı ilə hərəkət etmir ” RƏY-ÖZƏL
“Müxalifət düşərgəsini təmsil edən liderlərin hər hansı bir məsələlərlə bağlı bir araya gəlməsi qeyri-mümkündür”. Bunu SİA-ya açıqlamasında “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov deyib. Onun sözlərinə görə, çünki onların arasında uzun illərdir ki, davam edən bir çox ciddi ziddiyyətlər var: “Müxalifət partiya sədrləri arasında olan bu ziddiyyətlər hətta böyük bir dava-dalaşlara səbəb olub. Uzun illərdi ki, müxalifət düşərgəsini təmsil edən qüvvələrin ancaq öz aralarında didişməkdən başqa bir fəaliyyətləri yoxdur. Müxalifət təmsilçiləri arasında münasibətlər səməmi olmadığına görə, hər zaman müəyyən siyasi etikadan kənar davranışlara yol verilir. Ona görə də, müxalifət heç vaxt bir araya gələ bilməyəcəklər. Müxalifət liderlərinin səhv siyasətlərinin nəticəsi olaraq, partiyalardan istefalar, qopmalar baş verəcək. Bu baxımdan, Ə.Kərimlinin birləşmək istəyi ilə bağlı verdiyi populist, məntiqsiz bəyanatlar gündəmdə qalmaq üçün verilən boş bəyanatlardan başqa bir şey deyil. Ümumilikdə, Ə.Kərimli heç zaman öz ağlı ilə hərəkət etmir. O başqalarının fikrini, təkliflərini səsləndirir”. Yəni, Ə. Kərimli muzdlu kölə rolunda çıxış edir. Bu isə onun siyasətçi deyil, bazar adamı olduğunu bir daha təsdiqləmiş olur.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB