Təəssüf ki, bu gün Azərbaycanda özlərini "ziyalı" adlandırıb bu ad altında ölkənin bu kimi möhtərəm zümrəsinin adını batırmağa çalışanlar mövcud olmaqdadır. Təbii ki, belə "ziyalıların" ortada var-gəl etmələri, ictimai-siyasi proseslərə öz təbirlərincə münasibət bildirmələri elə-belə deyil, bunun müəyyən tərəfləri var. Daha dəqiqi isə maraqları var. Məsələn, Qulu Məhərrəmli kimi...
Bu dırnaqrarası ziyalının zaman-zaman ölkəmizin dövlətçilik maraqlarına qarşı çıxış etməsi faktoru dəfələrlə üzə çıxıb. İndi də, “müxalifət mediası” cinahında tez-tez görünən Q.Məhərrəmli istədiyi maraqları təmin edilməyəcəyi təqdirdə, dərhal sosial şəbəkədə yer alır, hətta o dərəcəyə qədər yer alır ki, özünün də iddia etdiyi jurnalist adını ən ağır şəkildə təhqir edir. Əslində isə, bu təhqir - yəni təhqir ifadələri elə onun özünə bilavasitə aiddir. Axı atalarımız deyiblər – it hürər karvan keçər...
Vaxtilə Azərbaycan Dövlət Televiziyasında mövcud iqtidarı dəstəklədiyini dəfələrlə bəyan edən Q.Məhərrəmli məlum səbəblərə görə oradan çıxarılan kimi özünü əks düşərgədə tapmış oldu. Buna isə, ilk növbədə ƏQİDƏSİZLİK deyilir! Əqidəsizdən isə nə desən, hansı xəyanəti desən gözləmək olar. Biz, media əməkdaşları olaraq bu xəyanəti onun təhqiredici davranışından növbəti dəfə gördük.
Qulu Məhərrəmliyə AzTV-nin sədri postunu kim vəd vermişdi?
Məsələn, elə də uzağa getməyərək Q.Məhərrəmlinin 2013-cü ilin prezident seçkiləri zamanı davranışlarını xatırlayaq. Radikal müxalifətin mədhiyyəçisi kimi tanınan Q.Məhərrəmli həmin vaxt "Milli Şura"nın "simasına" çevrilərək, qurumun o zamankı sədri Rüstəm İbrahiməyovun sözcüsünə çevrilmişdi. Ona bu vəzifəni AXCP sədri Əli Kərimli təqdim etmişdi. Həmişə "adına layiq" iş görən, mədhiyyələri ilə ürəkləri bulandıran, qul psixologiyalı, ingilis bayrağı kimi hər gün bir tərəfə əsən, pul görəndə hətta cəmiyyət arasında belə şalvarını çıxarmağa hazır olan Q. Məhərrəmli adlı subyekt Moskvadan göndərilən paraların qarşısında tab gətirməyib, bütün vicdanını hərraca çıxarmışdı. Nədir ki, həmin vaxtlar R. İbrahimbəyov Q.Məhərrəmliyə “hakimiyyətə yiyələnən kimi” Az TV-nin sədri postunu verəcəkmiş. Hətta daha dəqiq və səhih informasiya olsun deyə, xatırlatmaq olar ki, R.İbrahimbəyov xaricdə otura-otura, papkadaşıyan Eldar Namazov vasitəsilə Q.Məhərrəmliyə çatdırıb ki, hakimiyyətə gələcəyi andaca birinci sərəncamı Q.Məhərrəmlinin Az TV-nin sədri təyin etməsi ilə bağlı olacaq...
Bu, baş vermədi və Q.Məhərrəmlinin arzusu qaldı ürəyində. Fəqət, bundan sonra da o, alınmayan planlarını başqa istiqamətlərdə reallaşdırmağa başladı - erməni siyasətinə dəstək verməklə, qısa desək, milli xainlik və gavurçuluqla!
Rauf Mirqədirov vətənini satarkən, Qulu Məhərrəmli onun xəyanət ticarətinə ortaq olub
Daha bir fakta diqqət xatırladaq. Q.Məhərrəmli guya jurnalis təəssübkeşliyi göstərərək, Türkiyədə Azərbaycanın maraqlarını xarici kəşfiyyata satmaqla məşğul olan Rauf Mirqədirovun alovlu müdafiəçisinə çevrilmişdi. Gah "Meydan tv"-də, ga "Azadlıq" qəzetində, gah da Qənimət Zahidin "Azərbaycan saatı" adlı erməni lobbisinin və bu lobbiyə yaxınlığı ilə seçilən Soros Fondunun maliyyələşdirdiyi verlişlərinə çıxan adıçəkilən "təəssübkeş", nəticədə müəyyən istəyinə nail olmağı bacardı. Ona bu işlərinə görə müəyyən maliyyə axınları gəlməyə başladı. Çünki ona sifarişlər verilmişdi. Sosial şəbəkədə fəal olan Q.Məhərrəmli görün dövlətə xəyanət üstündə həbs edilən Mirqədirov barədə nə yazmışdı, bird aha xatırlayaq. SİTAT: "Politoloji təhlilləri və tənqidi yazıları ilə uzun illər jurnalistikamızın üzünü ağ eləmiş (?!-R.N.), geniş oxucu məhəbbəti qazanmış (??!!-R.N.) istedadlı həmkarım Rauf Mirqədirovu 6 il azadlıqdan məhrum etmək barədə məhkəmənin çıxardığı hökm çox üzücüdür...".
Hələ bu harasıdır, Q.Məhərrəmli, üstəlik əlavə etmişdi ki, guya R.Mirqədirovu sifarişlə həbs ediblər və o, vətəninin sabahını işıqlı görmək istəyirmiş. Həqiqətən də, qeyri-ciddi olan bu cür ifadələr insanı düşünməyə vadar edir. Məsələn, düşünürsən ki, bir zamanlar R.Mirqədirov açıq-aşkar dövlətin maraqlarını satmaqla məşğul olub, Q.Məhərrəmli kimi "təəssübkeşlər" isə ona xərclənən pullardan iştahaya gələrək, vətən xainini "vətəninin gələcəyini işıqlı görmək istəyən adam" kimi təqdim edib. Bu cür absurd və sərsəm iddiaları isə, həqiqətən də məhz Q. Məhərrəmli, eləcə də təmsil olunduğu çevrəsindən gözləmək olar! Çünki R.Mirqədirov artıq azadlıqdadır və indi də “Media Klubu” adlı sifarişli dərnək vasitəsi ilə vətənini satır, Q.Məhərrəmli də onun ticarətinə ortaqdır - Arif Əliyev, Elçin Şıxlı, Elmidar Əliyev, Ələsgər Məmmədli, Əvəz Zeynallı, Rauf Mirqədirov, Mehman Əliyev, Zahir Əzəmət kimi media dəllalları və reketləri ilə bir yerdə!
Bu ünsürlərin hər birinin adları arxasında kifayət qədər ürəkbulandırıcı olaylar, əməllər dayanmaqdadır və bu barədə ayrı-ayrılıqda qeydlərimizi davam edəcəyik.
Qulu Məhərrəmli Əkrəm Əylisli ilə erməni bulağından su içibmi?
Yəqin ki, hörmətli oxucularımız Əkrəm Əylislinin "Daş yuxular" adlı bədnam, erməni dəyirmanına su tökən, milli kimliyimizi təhqir edən romanı barədə hələ çox danışacaqlar. Gələcək nəsillər Əylisli kimi qanı erməni, toxumu erməniçiliyə bulaşmış "yazıçını" haqlı olaraq “asıb-kəsəcək”, ittiham edəcək. Ancaq yenə də xatırlatmağın yeridir ki, həmin ərəfələrdə Ə.Əylisli Azərbaycan xalqı tərəfindən kəskin ittiham atəşinə tutulmuşdusa, Q.Məhərrəmli bu ünsürün ilk müdafiəçilərindən birinə çevrilmişdi. Bunu ona görə xatırladıram ki, Q.Məhərrəmli elə o zamandan bir erməni tulası ilə eyni yaldan su içməyi özünə sığışdıran ünsürlərdəndir! Yaxud, belə bir sualhələ də qüvvədə qalır - Məgər Ə.Əylisliyə"Daş yuxular"dan sonra "Görkəmli Azərbaycan yazıçısı" sözünü demək başqa hansı mənanı verə bilərdi ki?!
Bəs Qulu Məhərrəmli kimdir?
Qulu Məhərrəmli Əkrəm Əylislinin "Daş yuxular" romanı ilə bağlı onu haqlı sayanda iddia etmişdi ki, ona qarşı (Əylisliyə) edilən davranışlar bədii əsərə etiraz çərçivəsini aşaraq, qisas kampaniyasına və tragikomik şouya çevrilir (??!!-R.N.)
Burada Qulu Məhərrəmli Əylislini ittiham edənləri, necə deyərlər, açıq-aşkar təhqir edib və haqlı ittihamları irəli sürən sadə xalqı şou göstərməkdə suçlamışdı. İndi də bütöv bir journalist cameəsinə diş qıcıyır həmin bu Q.Məıhərrəmli – azğınlıqla, quduzluqla, vəhşicəsinə!
Bu gün sual olunsa ki, Q.Məhərrəmli kimdir? Bu sualın cavabı çox bəsitdir - Vətən xainlərinin müdafiəçisi və onların qayğısını ora-bura hürərək çəkən simasız!
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB