Aksiyaçılar Yerevan merinə sarı vərəqə göstərib

Aksiyaçılar Yerevan merinə sarı vərəqə göstərib

İrəvan meriyası qarşısında etiraz aksiyası keçirilir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Daşnaktsütun partiyası və “Nikol Ağbalian” Tələbə Birliyi üzvləri İrəvan meriyasının qarşısında birgə etiraz aksiyası keçirirlər.

“Bu gün İrəvan merinə və hakimiyyətdə olan partiyaya verdikləri vədlər barədə xatırlatmaq istəyirik. Bələdiyyə başçısı öz komandası ilə İrəvanda ağac əkmək, zibil yığımını daha yaxşı səviyyədə təşkil etmək, nəqliyyat problemini həll etmək və bir sıra digər məsələləri həll etmək üçün söz vermişdi. Lakin son 9-10 ay ərzində İrəvan sakinlərinin həyatında heç bir müsbət dəyişiklik olmayıb”, deyə aksiya təşkilatçılarından biri bildirib.
Aksiya təşkilatçıları İrəvan meri Hayk Marutyana onlara verdiyi vədləri xatırlamalı olduğunu, həmçinin ciddi olmağa çağırdıqlarını söyləyiblər.

“Bugünkü aksiya may ayında Azadlıq meydanında keçirilən aksiyanın davamıdır. İrəvan merinə sarı vərəqə göstəririk. Bu ilk sarı vərəqə, xəbərdarlıq və ciddilik çağırışıdır. Biz münasibətlərin dəyişəcəyini gözləyirik. Hamımız İrəvan sakinləriyik və İrəvanın fiasko ilə üzləşməsini istəmirik", deyə aksiya iştirakçılarından biri fikrini bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə