“Ölkənin qərb bölgəsindən Avropa bazarına daşınan yüklər vaxtında ünvanına çatdırılıb”
"Dəmir yolu vasitəsilə ölkənin qərb bölgəsindən Çinə, Rusiyaya, Gürcüstana oradan isə Avropa bazarına daşınan yüklər vaxtında ünvanına çatdırılıb". Bu fikirləri SİA-nın bölgə müxbirinə Azərbaycan Dövlət Dəmir Yolu Gəncə Yük Daşımaları İstehsalat Birliyinin statistika şöbəsinin rəis müavini Hafiz Nadirov bildirib.
Onun sözlərinə görə, ümumilikdə ötən il ərzində paytaxtdan göndərilən neft məhsulları ilə bərabər ölkənin qərb bölgəsindən yola salınan digər məhsullar da daxil olmaqla 24 min 455 vaqon, yəni 1 milyon 417 min 664 ton yük daşınıb. Bu da ötən illərlə müqayisədə 269 min 374 ton artıq yük daşınması deməkdir.
Bundan əlavə sözügedən zaman kəsiyində qərb bölgəsindən Gəncə Yük Daşımaları İstehsalat Birliyinin bazasına 269 min 379 ton yük aparılıb. Sərnişindaşıma üzrə göstəricilər də öncəki ildərdən artıqdır. Bir ildə qərb bölgəsindən istər paytaxta, istərsədə MDB dövlətlərnə 1200 vaqondan artıq sərnişin daşınıb. Qərb bölgəsindən əsasən neft məhsulları daşınır. Həmçinin, bölgədən Çin və Rusiyaya müxtəlif məhsullar aparılır.
"Daşkəsəndən Çinə dəmir filizi göndərilib. Qazaxdan Rusiyanın müxtəlif şəhərlərinə bəzi məhsullar, Gürcüstanın Poti limanın vasitəsilə neft Avropa bazarına çıxarılıb", Hafiz Nadirov əlavə edib.
Son bir ildə bu məhsulların çatdırılması istiqamətində 5 qəza hadisəsi baş versə də vaxtında edilən müdaxilə nəticəsində problemlər aradan qaldırılıb. Həmçinin, ötən il ərzində qərb istiqaməti üzrə dəmir yolu zolağında da təmir işləri görülüb. Bu da baş verə biləcək hadisələrin qarşısını alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB