Ədliyyə naziri İstanbul konvensuyası barədə ancaq yaxşı danışmaq üçün hamını tovladır və yola gətirir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, “Joxovurd” qəzetinin yazdığına görə, bu günlərdə hakimiyyət orqanları, xüsusən də ədliyyə naziri Rüstəm Badasyan müxtəlif sahələrin mütəxəssisləri ilə görüşür və onları İstanbul konfransı haqqında müsbət danışmaq üçün tovladır.
Qəzetin məlumatına görə, son günlərdə Badasyan müxtəlif sahələrdən olan insanları yeməyə dəvət edir və bu fürsətdən istifadə edərək də onları sözügedən konvensiya barədə yaxşı danışmağa razı salmağa, tovlamağa çalışır. Üstəlik, nazir həmsöhbətlərini çağırır ki, məmurlar, parlamentdəki konvensiya layihəsinə səs versinlər, həmçinin deputatlar sənəd barədə yalnız yaxşı şeylər danışsınlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB