Ermənistanda hakimiyyəti tənqid edən istifadəçiləri Facebook-da bloklamaq və "şikayət etmək" tapşırığı verilib. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, “Past” qəzetinin yazdığına görə Ermənistan hakimiyyətinin “təşviqatı” sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində idarə olunan və ya heç olmasa “dözümlü” informasiya mühitini təmin etməyin yeni metodlarını ortaya qoyub.
Qəzet yazır ki, mənbənin bildirdiyinə görə, əlaqələndiricilərə davamlı monitorinqlərin aparılması və hakimiyyəti ən çox tənqid edən istifadəçilərin və informasiya agentliklərinin siyahısının hakimiyyətə təqdim edilməsi tapşırığı verilib. Xüsusilə, Paşinyan hakimiyyəti tərəfindən istifadəçilərin səhifəsinə "spam" göndərmək, səhifədən "şikayət etmək" və həmin səhifəni blok etmək tapşırırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB