Aprel Döyüşünün Vəziyyətlərinin Öyrənilməsi Komissiyası hərbi mütəxəssislərin əməkdaşlıq üçün cəlb edilməsinə qərar verib. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, “Joxovurd” qəzetinin öz mənbəyinə istinadla yazdığına görə, parlamentin 2016-cı il aprel müharibəsinin vəziyyətini öyrənmək üçün istintaq komissiyası sentyabr ayından etibarən hərbi mütəxəssislərə komissiyanın işində iştirak etmək üçün dəvət göndərməyə qərar verib.
Qəzetin yazdığına görə, fakt budur ki, komissiya üzvləri bu dövrdə müharibə şəraitinin müəyyənləşdirilməsinin çox çətin bir proses olduğunu və onların həyat təcrübələrinin və ümumiyyətlə peşə bacarıqlarının müharibənin bütün hallarını aydınlaşdırmaq üçün yetərli olmadığını başa düşüblər.
Nəşrə məlum olub ki, komissiya keçmiş müdafiə nazirinin müavini Norat Ter-Qriqoryanla da əməkdaşlıq etmək niyyətindədir.
Sonuncunun qəzetə verdiyi müsahibəsində isə deyilir ki, hələ də dəvət almayıb və bu dəvəti alarsa onu yalnız şərtlə qəbul edəcək. Daha dəqiq desək Norat Ter-Qriqoryan Aprel Döyüşünün Vəziyyətlərinin Öyrənilməsi Komissiyası qarşısında açıq-aşkar şərt qoyub.
"Əgər bu komissiya səhv etmiş şəxsi həbs etmək və ya həbsxanaya salmaq üçün yaradılarsa, mən getməyəcəyəm. Amma kömək istəyirlərsə, məmnuniyyətlə gedəcəyəm. Əks təqdirdə insanlar artıq müharibəyə getməyəcəklər və deyəcəklər ki, öz yolunuzu özünüz davam etdirin”, deyə Norat Ter-Qriqoryan bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB