Əli Kərimliyə qarşı növbəti ittihamlar TƏRS BAXIŞ

Əli Kərimliyə qarşı növbəti ittihamlar TƏRS BAXIŞ

130 nəfər cəbhəçi AXCP sədrinin siyasətini rədd edib!

Bu, bir faktdır ki, özlərini "ana müxalifət" kimi zorla ictimai rəyə sırımağa cəhd göstərən AXCP və Müsavat partiyaları tutduqları radikallıq, dağıdıcılıq və xəyanətkar mövqelərindən geri çəkilmədikcə, zaman-zaman öz tərəfdarlarını da itirirlər. Məsələn, Müsavatın sonuncu dəfə keçirdiyi saxta qurultayının ardınca baş verən istefaları, həmçinin, AXCP-nin də qurultayından sonra Ə.Kərimlinin yenidən sədr seçilərək, partiyadaxili opponentlərinə qarşı başlatdığı hücumlarından sonra canlarını partiyaya xidmətdə qoyan bir çox tanınmış müsavatçılar və axecepeçilər, hətta təmsil olunduqları təşkilatlarda vəzifə tutsalar belə, kütləvi şəkildə istefalara getdilər.
Bu arada, Müsavatın sabiq başqanı İsa Qəmbərin müşaviri olmuş Yeganə Hacıyevanın və s. müsavatçı səlahiyyətlilərin bəyanatları da, qeyd olunanları ehtiva edir. Misal üçün, Y.Hacıyeva bəyanatında siyasi hadisələri analiz etdiyini və bir məqamda obyektivliyi partiya maraqları naminə görməmək seçimi ilə üz-üzə qaldığını bildirmişdi. O, partiya rəhbərliyini öz maraqları naminə, ölkənin və xalqın maraqlarını tapdaladıqlarını iddia etmişdi. Sözügedən qalmaqallı bəyanatı bir daha xatırlayaq: "Azərbaycan cəmiyyətinin maraqları partiya maraqlarından daha üstün və faydalıdır".
Belə bir situasiya, AXCP sədri Ə.Kərimli partiyası daxilində də baş verdi. Bu istefaları hər vəchlə gizlətməyə çalışan Ə.Kərimliyə qarşı 130 nəfər sosial şəbəkələrdə açıq-aydın etirazını bildiriblər: "AXCP sədri Ə.Kərimlini nə sədr, nə siyasətçi kimi, nə də siyasətini qəbul edirik. Diktatordan, satılandan, satandan və xəyanətkardan "lider" ola bilməz. Həmçinin, bildiriblər ki, Ə.Kərimli istefa verənləri partiya sıralarının artması kimi qələmə verib. Bu, sadəcə, ağılsızlıqdır".

Kərimli-Həsənlinin ört-basdır siyasəti

Elə bu açıqlama sosial şəbəkələrdə yayımlanmamış Ə.Kərimli və onun ipli kuklası "Milli Şura"nın sədri Cəmil Həsənli dərhal baş vermiş istefa məsələsini arxa planda saxlamaq üçün sosial şəbəkələrdə yazılar veriblər. O da, sirr deyil ki, AXCP-dən qopmaların əsas səbəbləri Ə.Kərimlinin sıravi üzvlərlə yanaşı, fəallara etinasız yanaşması, onların təklif və tələblərini qulaqardına vurması və s. bu kimi məsələlərdir. Belə olanda, AXCP sıralarında qruplaşmalar yaranır və onlar etirazçı, yaxud qiyamçı kimi tanınmağa başlayırlar.
Nəticədə, Ə.Kərimli, ya onların özlərinin istefa ərizələrini imzalayır, ya da özü qiyamçıları partiyadan qovaraq, ona mane olan baryerləri aşırmağa cəhdlər göstərir. Ancaq belə bir halın partiyada uzun müddət davam edəcəyini düşünmək olmaz. Gec, ya da tez, onsuz da, ondan narazı olan cəbhəçilərin Kərimlini sədrlik postundan devirə bilmək imkanını əldə edəcəklər. Çünki həmin qüvvələr AXCP liderinin uğur qazanacağına olan inamlarını itiriblər və açıq şəkildə bəyan ediblər ki, Ə.Kərimli, bilavasitə Elçibəyin Xalq Cəbhəsi ideologiyasına, illərdir ki, xəyanət edir: "Kərimlinin Elçibəyin portreti altında oturub, vaxtilə "liderim" dediyi şəxsə qarşı ifrat xəyanətləri, bu gün də AXCP-çilər arasında danışılmaqdadır".

Əli Kərimli trollarının muzdlarını mənimsəyir və kəsir

Daha bir amil isə, Ə.Kərimlinin əldə elədiyi maddi gəlirləri partiyadaşları ilə bölüşməməsi, vəsaitləri yalnız özünə və ailəsinə xərcləməsidir. Hətta AXCP sədrinin sosial şəbəkədəki trollarının son vaxtlar passivləşməsi də, belə deməyə zəmin yaradır ki, artıq onlar üçün ayrılmış məbləğlər azalıb, onların vaxtı-vaxtında həftəlik muzdları ödənilmir. Habelə, Kərimli çalışır ki, törətdiyi hər bir qanunsuz əməllərinə görə, həbs olunanların sayı çoxalsın və o da, bu məsələdən öz siyasi və şəxsi maraqları üçün istifadə edib, daha çox gəlirlər əldə etsin. Hansı ki, biz dəfələrlə, onu da qeyd etmişik ki, AXCP sədri partiyasının fəalları həbs olunarkən, yalnız ilk günlər onların həbsləri ətrafında manipulyasiyalar edir, sonradan isə həbsə düşənlər, sadəcə, unudulurlar. Bunu ona xatırladanlar isə, dərhal "satqın" və "xəyanətkar" adlandırılaraq, AXCP sıralarından çıxarılırlar. Beləliklə, cidanı çuvalda gizlədə bilməyən Ə.Kərimli, son anda daxildə baş verən qarşıdurma və savaşları ictimai rəydən gizlədə bilmir. Necə deyərlər, fakt hər zaman fakt olaraq qalır və istefa faktları da bu sırada öz yerini tutub.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə