Marginallaşmış xəyanətkar Əli Kərimlinin "liderlik" iddiası
Əbəs deyil ki, 25 ildən çoxdur dəyişməyən eyni simalar, eyni şüarlar, eyni populist və mənasız çağırışlar, əsassız ittihamlar, yalan vədlər, çıxışçıların qulaqyorucu səs tembrləri. Dəyişən heç nə yoxdur, radikallar öz yerlərində addımlamağa, daha dəqiqi isə, bir addım irəli getdiklərini sanarkən, iki addım geriyə getməkdə davam edirlər. Bu reallıq, 100 minlərlə sağlam düşüncəli ictimai rəyin onları qəbul etməməsi ilə bağlı və birbaşa əlaqəsi olan danılmaz sübutudur.
Lakin maraqlı məqamlardan biri budur ki, daim öz "uğurlu fəaliyyətlərini" süniləşdirərək şişirdən, məğlubiyyətlərini yeni "titullar" davası ilə oyunbazlıq etməklə varlıqlarını nümayiş etdirmək istəsələr də, mitinqlərə əl atırlar. Lakin bu da onlara heç bir müsbət nəisə vermir. Çünki cəmiyyət, artıq onların kim olduğunu və 2003-cü ildən birdəfəlik arxivə atdıqları mitinqdə iştirak etməməklə, bir daha sübut ediblər. Lakin bu bədbəxtlər hələ də revanşizm ab-havası ilə dağıdıcılıq və sabitliyin pozulması yolu ilə hakimiyyəti zəbt etmək niyyətindən əl çəkməyərək, elə zənn edirlər ki, nəyəsə nail olacaqlar. Əlbəttə ki, bütün bunlar onların siyasətləri deyil, sadəcə, siyasətdən sui-istifadə cəhdləri və düşüncə səviyyələrinin ondan o yana gedə bilməmələrinin sübutudur.
Əli Kərimli dəfələrlə müxalifət funksionerlərini, öz məqsədləri üçün istifadə edərək, işlənmiş salfet kimi kənara atıb
Yeri gəlmişkən, yanvarın 19-da mitinqdən sonra, 20-də isə Şəhidlər Xiyabanında radikal müxalifət və onun başçılarının simasızlığı, başıpozuqluğu bir daha aydın şəkildə özünü büruzə verdi. Bu, bütövlükdə, onu göstərdi ki, həmin ünsürlər normal, sivil qaydada tədbir keçirmək, ictimaiyyətə öz fikirlərini və ideyalarını çatdırmaq qabiliyyətində deyillər. Çünki bayaq da, qeyd edildiyi ki, belələri hələ də 1990-cı illərin qaragüruhçuluq ab-havası ilə yaşayırlar.
Ümumiyyətlə, bu gün Ə.Kərimli kimi marginallaşmış, milli maraqları tapdaq altına atan, xəyanətkar, simasız şəxslərin siyasətçi obrazına girib, meydana çıxıb, özlərini müxalifətin lideri adlandırması, bütövlükdə, cəmiyyətimiz üçün qəbuledilməz, müxalifət, digər müxalif partiyaların rəhbərləri üçün isə aşağılayıcı faktordur. Belə olan vəziyyətdə, həm də belə bir sual yaranır: Görəsən, Ə.Kərimlinin mitinqdə bəyan etdiyi "liderlik" iddialarına digər müxalifət partiyaları rəhbərlərinin və funksionerlərinin münasibəti necədir?
Rəsul Quliyev: "10 nəfərdən biri, özünü "ana müxalifət" adlandırırsa, görünür, onlar axmaq olaraq qalacaqlar"
Eks-spiker Rəsul Quliyev müxalifət düşərgəsindəki vəziyyəti şərh edərkən, bildirib ki, bu, çox gülməli və diletantların istinad etdiyi nəzəriyyədir: "Müxalifət xalqı ayağa qaldırmaq şansına malik deyilsə, hansı "ana müxalifət" və yaxud da, "əsl müxalifət"dən danışmaq olar? Bu "badbaxtlar" anlamırlar ki, bu gün hər hansı partiya sədri öz ətrafında 5-10 nəfərin o biri partiya sədrindən artıq olmasından qürrələnməməli, "ana müxalifətçilik" yarışı aparılmamalıdır. Çünki hər şey bir kənara, heç olmasa, uğursuzluqlardan nəticə çıxarmalıdırlar. Ancaq atalar demişkən, "utanmasan, oynamağa nə var ki?"
Sərdar Cəlaloğlu: "Azərbaycanda "ana müxalifət" küçə müxalifəti səviyyəsindədir"
ADP sədri Sərdar Cəlaloğlu sözügedən məsələyə aydınlıq gətirərək, bəzi səbəblərə görə, "ana müxalifət" termininin, artıq gündəmdən çıxdığını söyləyib: ""Ana müxalifət" adına iddialı olanlar güclü olmaldırlar, xalq tərəfindən dəstəklənməlidir. Müxalifət düşərgəsində sürünənlər var. Bu gün müxalifət düşərgəsində xalqın problemlərini təkcə öz çiyninə götürəcək nə elə bir partiya var, nə də "ana müxalifət" deyilən anlayış. Azərbaycan reallığında "ana müxalifət" bu günə qədər küçə müxalifəti səviyyəsində qalır. Belə olan müxalifət düşərgəsində olan partiyalar hansı əsasla "əsl müxalifət" iddiasına düşürlər? Yaxşı olar ki, oturduqları yerdə oturub, şükür etsinlər".
Sahib Kərimli: "Əli Kərimli, İsa Qəmbər və Arif Hacılı kimilər siyasətdən birdəfəlik getməlidirlər"
AXCP sədri Ə.Kərimlinin sabiq müşaviri Sahib Kərimlinin "facebook" profilində ənənəvi müxalifət liderlərini siyasətdən getməyə çağırıb: "Başda Ə.Kərimli olmaqla, xalq hərəkatından doğulan partiyaların iddialı müxalifət liderləri siyasi postlarından getməlidilər. Bir də saxtakarın və satqının "liderlik" iddiası axmaqlıqdır. Bir də söyüşlə, satqınçılıqla rəhbərlik etdiyiniz partiyada, sədr kimi qəbul edilmədiyiniz halda, utanmadan hansı "əsl müxalifət" uğrunda çəkişirsiniz? Axmaqlıq etməyin, tərk edin siyasət meydanını."
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB