"Yol infrastrukturu turizmin inkişafına da böyük təkan verir" ÖZƏL-MÜNASİBƏT

"Yol infrastrukturu turizmin inkişafına da böyük təkan verir" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən bütün infrastruktur layihələr kimi yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində də çox ciddi addımlar atılmışdır". Bunu SİA-ya açıqlamasında millət vəkili Cavid Osmanov deyib.

Millət vəkilinin sözlərinə görə, avtomobil yolları ilə bağlı uzun illər aparılmış işlər öz nəticəsini verib: "Bir sözlə, Azərbaycanda magistral yollar müasir formada yenidən qurulub. Eləcə də çoxlu yaşayış məntəqəsini birləşdirən kəndlərin, yaşayış məntəqələrinin yol infrastrukturun yaxşılaşdırılması ilə bağlı cənab Prezidentimiz tərəfindən son illər ərzində xeyli sayda sərəncam imzalayıb ki, bu da kənd yerlərində yaşayan əhalimizinin rahatçılığına xidmət edir. Bu rahatçılıqla bərabər eyni zamanda həmin yaşayış məntəqələrinin iqtisadi artımına da səbəb olur. Beləki həmin yol infrastrukturunun içərisində xidmət sahələri – kafelər, yanacaqdoldurma məntəqləri və s. açılır. Bununla belə kənd təsərrüfatı məhsullarının daha rahat və tez bir şəkildə mənzil başına çatmasında yolların yenidən qurulması çox əhəmiyyətlidir. Çünki elə kənd təsərrüfatı məhsulları var ki, onlar satış məntəqələrinə tez bir zamanda çatdırılmalıdır əks halda xarab ola bilər. Digər tərəfdən bu addımlar turizmin inkişafına da böyük təkan verir. Bizim 10-15 il bundan əvvəl elə ərazilərimiz var idi ki, turistlərin ora gedib-gəlməsi çox çətin idi".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə