Roland Kobia: "Azərbaycanın günəş enerjisi istiqamətində çox böyük potensialı var"
"Hazırda Azərbaycan və Avropa İttifaqı enerji sahəsində mühüm bir dönəmi yaşamaqdadır. Bir müddət əvvəl J.M. Barozzonun Azərbaycana səfəri zamanı enerji məsələləri yüksək mövzu kimi müzakirə olunub. Onun cənab prezident İlham Əliyevlə görüşündən sonra gəldiyi nəticələr əsasında artıq bu görüşləri təşkil edirik. O görüşlərdə siyasi məsələlər sahəsində razılıqlar əldə olundu. Hazırda onların praktiki şəkildə həyata keçirilməsini təşkil edirik". SİA-nın xəbərinə görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia deyib. O, qeyd edib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında Enerji sahəsində Anlaşma Memorandumu üzrə keçirilən görüşdə "Cənub" dəhliz, bərpa olunan enerji və enerji effektliyinin qorunması kimi məsələlər müzakirə olunacaq: "Anlaşma memorandumu atıq 2006-ci ildə imzalanan bir sənəddir və hər iki tərəf bunun üzərində işləyir. Bu memorandum bir neçə sahələri əhatə edir. Birinicisi, qanunvericilik sahəsinə uyğunlaşdırılmasıdır. Eyni zamanda Aİ ilə Azərbaycan arasında enerji münasibətlərin daha da yaxınlaşması üçün Azərbaycan enerji qanunvericiliyini beynəlxalq standartlara uyğunlaşdırılması məsələsidir. İkincisi, enerji təhlükəsizliyidir. Azərbaycan öz enerji resurslarını Avropaya satmaq istəyir və AB-də inkişaf etməkdə olan bir bazar kimi bunları almaq iqtidarındadır. Bu zəmində biz birbaşa koridor barəsində çox geniş müzakirələrə yer veririk".
AB-nın Azərbaycana enerji effektliyi barəsində yardım edə biləcəyini deyən səfir vurğulayıb ki, əsas məqsəd Azərbaycanın bərpa olunan enerji resurslarından səmərəli istifadə etməsidir: "Çünki Azərbaycanın günəş enerjisi istiqamətində çox böyük potensialı var. Məhz bu sahədə effektivliyin artırılması davam edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB