Nikol Paşinyan oliqarxların əlində oyuncağa çevrilib TƏHLİL

Nikol Paşinyan oliqarxların əlində oyuncağa çevrilib TƏHLİL

Məxməri inqilabdan bir il yarım keçsə də, Ermənistanda əsaslı dəyişiklik baş vermədi. Əlbəttə bunu əsaslandıran bir çox obyektiv və subyektiv səbəblər var. Səbəblər dərin və sistemlidir ki, bu qərara gəlməyi şərtləndir və vəziyyətin dəyişməzliyini müəyyən edir.

Ötən ilin aprelində Ermənistandakı inqilabdan sonra, inqilabın şüarları və bəyanatlarına baxmayaraq, siyasi və iqtisadi sistem de-fakto dəyişmədi. Siyasi proseslərdə vəd olunan iqtisadiyyatın əsası da dəyişməyib. İyirmi ildir ki, Ermənistan iqtisadiyyatının əsasını inhisarçı-oliqarxik bir sistem təşkil edirdi ki, bu da öz növbəsində, geniş mənada siyasi hakimiyyətin və ümumilikdə siyasətin dayağı idi və indi də bu belədir. Ermənistandakı oliqarxiya və siyasi sistemlər bir-birinə qarışıb. Beləki, oliqarxiya siyasi hakimiyyətin bərpasını və siyasətin maliyyələşdirilməsini təmin etdiyi kimi, siyasi hakimiyyət isə oliqarxiyanın inhisar-iqtisadi maraqlarına xidmət edir.

Həm də, hər şeydən əvvəl, Ermənistanın siyasi sisteminin pozulmasının və təhrif edilməsinin səbəbi, siyasətin tamamilə pula satılması, pulun əsas siyasət olmasıdır. Bu, hakimiyyət və biznesin, siyasət və oliqarxiyanın birləşməsinin nəticəsidir. Keçən il Nikol Paşinyan məhz bunun aradan qaldırılacağını vəd edərək inqilab həyata keçirdisə də vədinə əməl etmədi. Arxada qalan il yarım göstərdi ki, Paşinyan hakimiyyət və biznesi bölüşdürmək, oliqarxiya və siyasətin birləşməsini aradan qaldırmaq vədini çox tez unutdu. Buna sübut odur ki, bu gün Ermənistanın iqtisadi sisteminin əsası əvvəlki iki onillikdə fəaliyyət göstərən eyni inhisarçı-oliqarxik sistemdir.

Son bir il yarım ərzində hazırkı hökumət bu vəziyyətin düzəldilməsi, Ermənistanda status-kvonun dəyişdirilməsi, iqtisadiyyatın tənzimlənməsi, iqtisadi sahənin liberallaşdırılması və rəqabət sahəsinə çevrilməsi üçün nəzərəçarpacaq addımlar atmadı. Nəticədə, əvvəlki hökumət oliqarxiyadan asılı olduğu kimi, hazırkı hökumət də əhəmiyyətli dərəcədə asılıdır. Bu asılılıq, ilk baxışdan görünə biləcəyi qədər sadəcə bir inteqrasiya deyil. Bu asılılıq qaçılmazdır, çünki, oliqarxiya ölkə iqtisadiyyatının hərəkətverici qüvvəsi, dəstəyi hesab edilir.

Ermənistan iqtisadiyyatının quruluşu belədir ki, bir neçə saat ərzində bir neçə oliqarx birbaşa və ya dolayı təxribatla iqtisadi həyatı iflic edə də bilər. Bu isə mövcud hakimiyyət üçün nəinki arzuolunmazdır, hətta fəlakət deməkdir. Məhz bu baxımdan hakimiyyətin oliqarxiyadan asılılığı inkaredilməzdir. Çünki hakimiyyət müxtəlif səbəblərdən iqtisadi həyatı iflic edə biləcək bir sistemlə mübarizə apa bilmir. Nəticədə isə, qeyd etdiyimiz kimi, siyasi və iqtisadi sistemdə heç bir dəyişiklik baş vermir və vəziyyət əvvəl olduğu kimi yenə də eyni şəkildə davam etməkdədir.

Siyasi və iqtisadi sistemin digər komponenti, iqtisadi əsas eyni şəkildə qalır. Yenə də asılılıq oliqarxiyadandır. Çünki son bir il yarım ərzində hakimiyyət çox ciddi cəhdlə istədisə də bunu edə bilmədi. Ermənistana investisiyalar gətirən, Ermənistanı investisiyalar üçün cəlbedici edən və iqtisadiyyatın rəqabətqabiliyyətli olmasını təmin edəcək bir iqtisadi siyasət apara bilmədi. Ümumiyyətlə, Nikol Paşinyanın iqtisadi fəallıq göstərmək üçün çoxsaylı müraciətlərinə baxmayaraq, hakimiyyət vətəndaşı iqtisadi həyat subyekti edə bilməz. Vətəndaş onu iqtisadi fəallığa çağıran hakimiyyətin, Paşinyan hakimiyyətinin kriminal-oliqarxik sistemin aradan qaldırılması məsələsində heç bir fəaliyyət göstərmədiyini, eyni zamanda bu səbəbdən acınacaqlı halda yaşadığını yaxşı başa düşür. Yaxşı başa düşür ki, mövcud hakimiyyət bu vəziyyəti düzəldə biləcək gücə, bacarığa sahib deyil. Vətəndaş da başa düşür ki, meydanlardan, nümayişlərdən gətirilib hakimiyyət kürsüsünə oturdulan Paşinyan özü də bunu dəyişmək iqtidarında deyil.

Ermənistan, necə deyərlər, ziddiyyətlər ölkəsidir. Hərcmərcliklərin tüğyan etdiyi, narazılıqların baş alıb getdiyi yerdir. Şahidi olduğumuz kimi, bu gün aksiyaların ardı-arası da kəsilmir. Etirazlar, narazılıqlar biri digərini əvəz edir. Problemlər işğalçı ölkədə başdan aşır, amma mövcud hakimiyyət həmişə olduğu kimi hələ də söz verir. Bu gün ermənilər siyasi cəfəngiyat şəraitində yaşayır. Ölkədə demokratiyadan dəm vurulur, demokratik quruluşdan danışılır, amma ortada vacib olan, yəni iqtisadiyyat yoxdur. İnkişaf gözə dəymir. Dəyişikliklərdən söhbət belə gedə bilməz. İqtisadi sahədə bir addım belə atılmayıb. Yenə də hər bir məqam oliqarxiyanın əlində cəmlənib. Demokratik hökumət deyilən, iradəsiz hakimiyyət özünü bu halda olduqca rahat hiss edən oliqarxiyaya xidmət edir. Daha dəqiq desək, Nikol Paşinyan özü belə oliqarxların əlində oyuncağa çevrilib. Bu oliqarxların statuslarında heç bir dəyişiklik olmayıb. Onlar yalnız Serj Sarkisyan dövrünün oliqarxlarından Nikol Paşinyan hakimiyyətinin oliqarxına çevriliblər.

P.S. Məxməri inqilabdan sonra yeni hökumət bir sıra prioritet addımlar və vədlər barədə bəyanatlar verirdi. Ancaq indi bu, nəimki Paşiyan və onun hakimiyyəti, ümumiyyətlə hamı tərəfindən unudulub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə