Penitensiar Xidmətin rəisi vəzifəsindən azad edilib

Penitensiar Xidmətin rəisi vəzifəsindən azad edilib

Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi, general-mayor Nazim Ələkbərov vəzifəsindən azad edilib. Bu barədə xəbər SİA-ya Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin mətbuat xidmətindən verilib. Nazim Ələkbərovun vəzifəsindən azad edilməsinin səbəbləri məlum deyil.

 

Xatırladaq ki, Nazim Ələkbərov 1960-cı ildə Bakı şəhərində anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət Texniki Universitetini mühəndis, 1996-cı ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını hüquqşünas ixtisası üzrə bitirib. O, 1990-cı ildə Məhkəmə Qərarlarının İcrası Baş İdarəsində fəaliyyətə başlayaraq müxtəlif vəzifələrdə çalışıb, 1999-2001-ci illərdə 1 saylı Xüsusi müəssisənin rəis müavini, 2001-2004-cü illərdə 15 saylı Cəzaçəkmə müəssisəsinin rəisi işləyib.

 

Nazim Ələkbərov 2004-cü ilin may ayında Baş idarənin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin edilib və 2005-ci ilin yanvar ayından Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi vəzifəsini icra edib. 2006-cı ilin aprel ayında Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi təyin edilib. O, ədliyyə general-mayoru xüsusi rütbəsindədir, fəaliyyətində dəfələrlə mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə