Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub
Ermənistan Silahlı Qüvvələrinin bölmələri fevralın 14-də saat 17.20-dən 17.30-dək Ermənistan Respublikasının Noyemberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi, fevralın 15-də saat 02.45-dən 02.50-dək isə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Seyidəhmədli və Alxanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB