Avropadakı "siyasi mühacir"lər Əli Kərimlinin "siyast törəmələridir"
Azərbaycandan gedib xarici ölkələrdə yaşayan, xüsusən də, Avropa ölkələrinə sığınan bəzi azərbaycanlıların ordan ölkəmizə qarşı qarayaxma kampaniyaları aparmaqda davam etmələri, siyasi xuliqanlıqla yanaşı, həm də Vətən xainləri olduqlarını sübut edir."Azəri-Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyir ki, xaricdə yaşayan bəzi xəyanətkarlar heç vaxt milli maraqlar baxımından fikir səsləndirməyiblər: "Bir məqamı xatırlatmaq istərdim. Amsterdamda olan zaman həmin insanlar bir kəlmə də olsun Xocalı faciəsindən danışmadılar. Əksinə, Azərbaycanın əleyhinə təbliğat apardılar. Dünyanın harasında yaşayırsan-yaşa, kim olursan ol, öz dövlətinə pislik edib, əleyhinə təbliğat aparmaq olmaz. Azərbaycan bizim dövlətimizdir. Onlar dövlətimizin ağrılı Qarabağ torpağının işğal altında olmasını, Xocalı kimi bir faciənin yaşanmasını, 1918-ci il mart soyqırımının baş verməsini təbliğ etməlidirlər. Amma bunlar, əksinə fəaliyyət göstərirlər. Bu cür hərəkəti ermənilər edir. Bəzən onlar ermənilərdən də pis şəkildə Azərbaycan əleyhinə danışırlar. Ermənistanda qoyub gəldiyimiz dədə-baba torpaqlarımız var. Ordan köç edəndə, ermənilər bizim gəncləri və körpələri dəmir boruya salıb, ağzını qaynaqlayıb, boğaraq öldürüblər. Bunlardan danışan yoxdur. Tənqid edə bilərlər, amma Azərbaycan bayrağını təhqir edib, ölkənin milli maraqlarına zidd olan işlərlə məşğul olmaq düzgün deyil. Söyüş söyməklə etiraz edilmir. Söyüş söymək əxlaqsızlıqdan başqa, bir şey deyil".T.Rüstəmxanlı bildirir ki, Avropada tərbiyəsizliklər edərək, milli-əxlaqi dəyərlərimizi ayaq altına atanlar, dövlətçilik maraqlarımızı erməni lobbisinin pullarına satanlar, eləcə də, onları müdafiə edənlər heç bir siyasi səmərə əldə edə bilmədilər. Əksinə, onlar Azərbaycan xalqının daha çox nifrətini qazandılar.
Sərdar Cəlaloğlu: "Siyasi mühacir" adı ilə xaricdə yaşayanların çoxu Azərbaycanda fəal siyasi mübarizə prosesində olmayan "söyüş siyasətçilər"idir"
ADP sədri Sərdar Cəlaloğlu xaricdə yaşayan bəzi "siyasi mühacirlər" adı ilə yaşayanları "söyüş siyasətçiləri" adlandıraraq, bildirib ki, belələri heç Azərbaycanda siyasətlə məşğul olmayıb və siyasətə qoşulublar: "Xüsusən, xaricdə yaşayan "siyasi mühacir" adı ilə yaşayanları nəzərdə tuturam. Onların bir çoxu Azərbaycanda fəal siyasi mübarizə prosesində olmayıblar. Baxın, siyasi mühacirlər də var, qeyri-siyasi mühacirlər də. Onlar tamamilə fərqli, təhqir və küçə səviyyəsində mübarizə aparırlar. Amma kimlər ki, siyasi proseslərdən keçib, onlarda bu cür qeyri-siyasi və etik normaları pozan nüanslar yoxdur. Ümumiyyətlə, təhqir, təkcə siyasi münasibətlərdə deyil, şəxsi münasibətlərdə də yolverilməzdir. Şərəf və ləyaqətin qorunması beynəlxalq hüquq normasıdır və ölkə konstitusiyası ilə müdafiə olunur".S.Cəlaloğlu deyir ki, erməni lobbisinin təsiri altında olan bu şəxslər öz mövqelərini də aydınlaşdıra bilməyiblər: "Özü demokrat deyil, "mən demokratam" deyir, həm də qarşısındakının şərəf və ləyaqətini alçaldır. Sən özün əgər beynəlxalq hüquq normalarına zidd fəaliyyət göstərirsənsə, heç vaxt deyə bilməzsən ki, "mən hüquqlar uğrunda mübarizə aparıram". Birinci hüququ elə onun özü pozur. Bu baxımdan, onlar bəzi şeyləri qarışdırırlar. Çox ləyaqətsiz və aşağı səviyyəli sözlərdən istifadə edirlər. Adını da qoyurlar "mübarizə". Söyüş söymək nə vaxtdan siyasi mübarizə üsulu olub?Mən bunu həm mənəvi terror adlandırıram, həm də siyasi xuliqanlıq. Başqa ad vermək mümkün deyil. Bu, siyasi xuliqanlıqdır və əks-tərəf də buna görə istənilən hərəkəti eləyir və Azərbaycanda da onlar AXCP sədri Ə.Kərimlinin "siyasi törəmələridir". Bu cür siyasi xuliqanlığın kökünü birdəfəlik Azərbaycandan yığışdırmaq lazımdır".
Novella Cəfəroğlu: "Bu, siyasət deyil, tərbiyəsizlikdir"
Hüquq müdafiəçisi Novella Cəfəroğlu Avropadakı "siyasi mühacirlərin" dövlət və hökumətin nüfuzlu xadimlərinə qarşı sərgilədikləri aşırı tərbiyəsizliklərə qarşı münasibət bildirərək, qeyd edib ki, ümumiyyətlə, heç bir milli azadlıq hərəkatında iştirak etməyənin indi xarici ölkədə özünü "mübariz siyasətçi" kimi təqdim etməsi yolverilməzdir. Həmçinin, təhqirlərlə çıxış edib, bunu "siyasi mübarizə", "müxalifətçilik" kimi qələmə verənlər ciddi şəkildə yanılırlar: "Əvvəla, onu deyim: hər kəs başa düşür ki, təhqirlə nəyəsə nail olmaq mümkün deyil. Tənqid etmək olar, amma təhqir heç kimə yaraşmır. Siyasətdə isə, mübarizə daha doğru-dürüst getməlidir. İkincisi, siyasətlə məşğul olan, siyasi mübarizə aparan şəxs rəqibinin xanımını, ailə üzvlərini necə təhqir edə bilər? Bu, insanlığa zidd davranışdır. Hansısa şəxslə siyasi mübarizə aparırsan-apar. Amma ailəni, xüsusilə, qadınları təhqir edirsənsə, artıq bu, siyasət deyil, tərbiyəsizlikdir"."Ailəni siyasətə qatmaq olmaz. Görünür, bəziləri ailənin müqəddəs olduğunu hələ dərk edə bilmirlər" deyən hüquq müdafiəçisi, onları əxlaqsız saydığını deyib: "Qırmızı cizgiləri aşmaq əxlaqsız hərəkətdir. Vidadi İsgəndərli milli azadlıq hərəkatında iştirak etməyib. Mən bu adamı nə xalq hərəkatında görmüşəm, nə də adını eşitmişəm. O, həbs ediləndə, bir neçə hüquq müdafiəçisi ilə Göyçay rayonuna getdik. Onu müdafiə etdik, azadlığa çıxmasına çalışdıq. Ancaq həbsdən çıxandan sonra bizim haqqımızda min söz danışdı. Beləsinə nə deyəsən? İndi də xəbər yayıb ki, guya hökumət göstəriş verib və mən ona zəng vurmuşam. Yalanın, şər və böhtanın da ölçüsü olar... Xaricə təzə gedənlərin bəzisi düşüb ortaya. Üstəlik, burada nə siyasətdə olublar, nə də QHT-lərdə fəaliyyət göstəriblər. Onlardan elə sözlər eşidirsən, adamın ağzı açıq qalır... Dövlət hamımızındır. Azərbaycan dövlətinin ünvanına mənfi söz deyəndə, mənə pis təsir edir. Dövlətə çamur atanların düşməniyəm".Göründüyü kimi, Ə.Kərimli və onun Avropada yaşayan satqın mühacir törəmələri qrant almaq üçün dövlətə və xalqa xəyanət etdiklərini özləri bəyan edirlər. "Söyüş layihəsinin" "qəhrəmanları" Avropadan daha çox qrant almaq üçün xalqa və dövlətə düşmən kəsiliblər. Onlar hədəfə çatmaq üçün bir-biri ilə yarışırlar. Avropada yaşayan "siyasi mühacirlər" Məhəmməd Mirzəli və Tural Sadıqlı, Orduxan Teymurxan, Vidadi İsgəndərli və digər əxlaqsızlar özlərini xalqın "xilaskarı" və "qəhrəmanı" kimi təqdim edirlər. Həyasızlıq bundan artıq ola bilməz. Ermənidən betər erməni ola bilməz. Necə deyərlər, ilanın ağına da, qarasına da lənət. Artıq it hürüb, karvan keçib... Amma hər şey öz qaydasındadır. Xalqı üsyana səsləyən satqınlara yerləri göstərilib.
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB