Dağıstanda terror aktı törədilib

Dağıstanda terror aktı törədilib

Dağıstanda iki partlayış baş verib. Qubden kəndindəki partlayışlarda 2 nəfər ölüb, 21-i isə yaralanıb. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, birinci partlayış kənddəki milis postunun yaxınlığında, qadın kamikadze tərəfindən törədilib. Terrorçunun özünü partlatması nəticəsində 1 milis əməkdaşı həlak olub. Hadisədən bir az sonra kənddə növbəti partlayış qeydə alınıb. Hüquq-mühafizə orqanlarının daha bir əməkdaşı terrorun qurbanı olub. 

 

Partlayışdan sonra naməulm şəxslər meşədən postu atəşə tutublar. Rəsmi mənbənin sözlərinə görə, hücum edənlər arasında itkilərin olub-olmaması məlum deyil. Çünki hadisənin gecə və qəflətən baş verməsi çaşqınlıq yaradıb. Meşə massivinə hava işıqlaşandan sonra baxış keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə