Paşinyan cadugərliklə məşğuldur

Paşinyan cadugərliklə məşğuldur

Problemləri həll etmək əvəzinə, Paşinyan cadugər ovlamaqla məşğuldur. Ermənistandakı məxməri inqilabdan sonra İcevandakı hadisələr çox böyük etiraz oldu. İrəvanda hökumət binasının, Milli Məclisin qarşısında keçirilən etiraz aksiyalarının tez-tez şahidi oluruq və çox vaxt insanlar yolları bağlayır, hakimiyyətə ultimatumlar edirlər.

Son hadisələrin fonunda biz müxtəlif şərhlər eşidirik. Guya ki, Ermənistanda keçirilən aksiyalar provokasiyadır, əvvəlki dövrlərdəki hakimiyyət tərəfindən təşkil olunub və insanları çaşqınlıqlara sürükləyirlər. Elə şərh olunur ki, guya həmin qüvvələr insanların qanun pozuntularına hakimiyyətin razılığını istəyirlər və tələb edirlər ki, hakimiyyət insanların qanuni və hətta qanunsuz tələblərini də yerinə yetirsinlər.
SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, siyasi təhlilçi Qaqik Ambaryanın fikrincə, hakimiyyətin səhvlərindən biri də həqiqi problemləri həll etmək əvəzinə cadu ovu ilə məşğul olmalarıdır.

“Cəmiyyətin bəzi təbəqələrinin etiraz aksiyalarının arxasında keçmiş hakimiyyətlərin qulaqlarını və əllərini görməyə çalışırlar. Bu sadəcə qəbuledilməzdir. Əlbəttə ki, keçmiş hakimiyyətlərin bununla heç bir əlaqəsi olmadığını söyləyə bilmərik, amma keçmiş hakimiyyətin hər şeyə görə günahlandırılması ağlasığmaz və qəbuledilməzdir”, deyə Qaqik Ambaryan yeni hakimiyyəti günahlandırıb.

Ambaryan qeyd edib ki, insanlar problemləri, etirazları ilə küçəyə çıxırlar və etiraz edirlər. Əslində, məxməri inqilab təşkil edərkən belə etiraz formasını cəmiyyətə Nikol Paşinyan özü təqdim edib. Siyasi təhlilçi xatırladıb ki, Paşinyan özü bunu demokratiya kimi qiymətləndirib, bütün məsələlərin küçədə həll olunmasını təklif edib və indi onun, həmçinin komandasının şikayətlənməsi təəccüblüdür. Təəccüblüdür ki, Paşinyan və onun komandası dövlətlərarası yolları, dəmir yolunu, ən vacib obyektlərə aparan yolları bağlayanda niyə bu normal olurdu, mümkün olurdu, amma insanlar adi, məişət problemləri ilə çölə çıxanda, ədalətsizliyə etiraz edəndə bu, “qaranlıq və qara” qüvvələrin işi adlandıqılır?

Ambaryanın sözlərinə görə, baş nazir Paşinyan səhvləri özünün təyin etdiyi heyətinin hərəkətlərində axtarsa yaxşı olar. Siyasi təhlilçi onu da qeyd edir ki, Paşinyan hakimiyyəti problemləri həll edə bilmir, bunun əvəzinə cadugər ovuna başlayır və etiraf edilməlidir ki, hazırki baş nazir inanlara küçələrdə gəzməyi, toplaşmaqdan başqa heç nə öyrətmədi.
“Milli Məclisin binasını bağlamaq üçün istifadə etdiyiniz xalq, eyni adamlar indi hakimiyyətə öz problemlərini təqdim etmək hüququna malik deyil”, deyə Ambaryan sonda vurğulayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə