Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.
Partiyadan SİA-ya verilən xəbərə görə, ictimai-siyasi məsələlərin müzakirəsindən öncə BAXCP İdarə Heyətinin üzvləri fevralın 13-də ANS televiziyasının "Əhatə dairəsi" verilişində qaçqınların yaşadığı yataxanadan hazırlanan süjetdə yer almış faktlara münasibətlərini açıqlayıblar: "Əhatə dairəsi" proqramında ermənilərin qovduğu 200 min nəfərdən artıq qaçqının 20 il ərzində Bakıda, yataqxana adlandırılan, əsil həqiqətdə isə insan yaşayışı üçün ən adi şəraiti olmayan tikililərdə necə acınacaqlı vəziyyətdə yaşadıqlarını, həmçinin, vəziyyətin tezliklə düzəlməyəcəyinə dair baş nazirin müavini Əli Həsənovun çıxışını bütün Azərbaycan xalqı kimi BAXCP İdarə Heyətinin üzvləri də ürək ağrısı ilə izləyiblər.
BAXCP İqtidarı qaçqınlara yazığı gəlməyə, Allah xatirinə 1 milyardlıq stadion tikintisindən imtina etməyə, həmin vəsaitlə qaçqınlar üçün ev almağa və mənzillər inşa etməyə çağırır. Allah insanlar üçün vacib olanı bəyənər!"
BAXCP İdarə Heyətinin münasibət bildirdiyi digər məsələ isə Xırdalan şəhərində Misirin sabiq prezidenti Hüsnü mübarəkə ucaldılmış abidə və bu abidənin yerləşdiyi parkla bağlı olub: "BAXCP Misirdə baş vermiş inqilabdan sonra Misir xalqının iradəsinə hörmət olaraq, Xırdalandakı Hüsnü Mübarəkən abidəsinin qoyulduğu parkın "Misir Təhrir parkı" adlandırılmasını, Mübarəkin abidəsinin isə sənət əsəri olaraq Bakının parklarından yığışdırılmış digər heykəllər kimi açıq səma altındakı heykəllər muzeyinə verilməsini təklif edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB