Kamilə Əliyeva: “Türkiyə istər siyasi, istərsə də iqtisadi baxımından bizə strateji müttəfiq olan bir qardaş ölkədir” RƏY-ÖZƏL
“Söz yox ki, Türkiyə bizim qardaş dövlətimizdir. Əbəs deyil ki, tarixən Türkiyənin sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimiz olaraq qiymətləndirilib”. Bu fikirləri SİA-ya millət vəkili Kamilə Əliyeva Türkiyə ilə vizanın aradan qaldırılması məsələsinə münasibətini bildirərkən bildirib. Onun sözlərinə görə, iki dövlət arasında daima dostuq, qardaşlıq münasibətləri olub və bu münasibətlər bu gün də ən yüksək səviyyədə davam etməkdədir: “Ümumiyyətlə, Türkiyə istər siyasi, istərsə də iqtisadi baxımından bizə strateji müttəfiq olan bir qardaş ölkədir. Cənab Prezident İlham Əliyevin belə bir qərar qəbul etməsi yəni viza rejiminin aradan qaldırılması doğurdan da alqışlanası, təqdir olunası bir hadisədir”. Əgər biz, Azərbaycanla Türkiyəni iki qardaş dövlət sayırıqsa, onda qardaşlar arasında hansı vizadan söhbət gedə bilərdi”, deyə qeyd edən millət vəkili həm Türkiyə, həm də Azərbaycan vətəndaşlarının vizanın qaldırılmasını dəstəklədiklərini, alqışladıqlarını deyib: “Bundan sonrada da Azərbaycanla Türkiyə arasında münasibətlər daha möhkəm olacaq. Çünki Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq, müttəfiqlik elə möhkəm təməllər üzərində qurulub ki, bundan sonrada daha da yüksək səviyyədə inkişaf edəcək. Türkiyə-Azərbaycan bir millət, iki dövlətdir və bu tarixi ifadələr növbəti dəfə özünü sübuta yetirdi”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB