Ermənistanda “bumeranq” effekti

Ermənistanda “bumeranq” effekti

Paşinyan inqilabından sonra Ermənistanda yalnız siyasi hakimiyyət dəyişib və dövlət sistemi, xüsusən də cinayət-prosesual sfera eyni qalıb. SİA xəbər verir ki, bu barədə Ermənistana məxsus 1in.am saytında yazı dərc olunub.

Yazıda nəzərə çatdırılır ki, Nikol Paşinyan komandasının məsuliyyətsiz davranışlarına görə nəinki məhkəmələr, eyni zamanda prokurorluq və istintaq orqanları da islahat aparmayıblar. Xüsusilə qeyd olunur ki, Robert Koçaryan bu gün asayiş keşikçilərinin qanunsuzluqlarından şikayət edərkən, özü tərəfindən yaradılan bu sistemi, bu qanunsuzluqları könülsüz qiymətləndirir. Çünki hüquq-mühafizə orqanları və ədliyyə sistemini repressiya vəziyyətinə düşürən elə özü olub və arzu etmədiyi bu vəziyyət ikinci prezidentin hakimiyyəti illərində yaradılıb. Bir sözlə, Köçəryan yaratdığı sistemin girovuna çevrilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə