Ermənistan ciddi bir ixracata sahib olmaq istəyir, amma nə ixrac edəcəyi hələ də bəlli deyil. SİA Ermənistana məxsus 1in.am saytında yayımlananməlumata istinadən xəbər verir ki, bunu iqtisadçı Vaaqn Xaçatryan deyib.
Bəzi erməni ekspertlər hesab edirlər ki, Ermənistanın iqtisadiyyatında irəliləyiş qeydə alınmayıb. Ekspertlər xüsusilə ilə vurğulayırlar ki, Ermənistanın iqtisadi irəliləyişi üçün, iqtisadiyyatın inkişafı üçün ixrac ən əhəmiyyətlidir. Ekspertlərin qənaətinə görə, hazırda Ermənistanın xarici ticarətində idxal ixracı üstələyir və ölkənin ucuz valyuta vəziyyətində idxaldan asılılığı inflyasiyaya təzyiq göstərməlidir və göstərir də.
“Ermənistan daim ixracdan danışır, böyük həcmdə ixracata sahib olmaq istəyir, amma nəyi ixrac edəcəyi hələ də bəlli deyil. Əslində son illərin statistikasından məlum olur ki, Ermənistan öz iqtisadiyyatında yeni imkanlar yaratmayıb. Ermənistanın "təşviqedici yanaşmalar" göstərə biləcək məhsulları yoxdur. Əgər heç bir məhsul yoxdursa, deməli təbii olaraq ixracın inkişafı da görünmür”, deyə iqtisadçı Vaaqn Xaçatryan bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB