İstefalar radikal müxalifətin mövqeyini sübut edir SİYASİ ANALİZ

İstefalar radikal müxalifətin mövqeyini sübut edir SİYASİ ANALİZ

Gedənlər Azərbaycan cəmiyyətinin maraqlarını partiya maraqlarından daha üstün və faydalı olduqlarını bəyan edirlər

Kifayət qədər bəllidir ki, özlərini “ana müxalifət” kimi zorla ictimai rəyə sırımağa cəhd göstərən AXCP və Müsavat partiyaları tutduqları radikallıq, dağıdıcılıq, xəyanətkar mövqelərindən geri çəkilmədikcə, zaman-zaman öz tərəfdarlarını da itirirlər. Məsələn, buna misal kimi, Müsavatın bir neçə il öncə kelirdiyi saxta qurultayının ardınca baş verən istefaları, həmçinin, AXCP-nin də qurultayından sonra Ə.Kərimlinin yenidən sədr seçilərək, partiyadaxili opponentlərinə qarşı başlatdığı hücumları göstərmək mümkündür. Məhz həmin ərəfələrdə canlarını partiyaya xidmətdə qoyan bir çox tanınmış müsavatçılar və axecepeçilər hətta təmsil olunduqları təşkilatlarda vəzifə tutsalar belə, kütləvi şəkildə istefalara getdilər.

Bu arada, Müsavatın sabiq başqanı İsa Qəmbərin müşaviri olmuş Yeganə Hacıyevanın və s. müsavatçı səlahiyyətlilərin bəyanatları da qeyd olunanları ehtiva edir. Misal üçün, Y.Hacıyeva bəyanatında siyasi hadisələri analiz etdiyini və bir məqamda obyektivliyi partiya maraqları naminə görməmək seçimi ilə üz-üzə qaldığını bildirmişdi. O, partiya rəhbərliyini öz maraqları naminə ölkənin və xalqın maraqlarını tapdaladıqlarını iddia etmişdi. Sözügedən qalmaqallı bəyanatı bir daha xatırlayaq: “Azərbaycan cəmiyyətinin maraqları partiya maraqlarından daha üstün və faydalıdır”.

İsa Qəmbərin sabiq müşaviri Yeganə Hacıyeva: “Müsavat partiyası ölkədə baş verən proseslərə obyektiv deyil, müəyyən maraqlar nöqteyi-nəzərindən yanaşır”

Maraqlısı da budur ki, baş verən ardıcıl istefalardan sonra da partiya rəhbərliyinə qarşı ittihamlar bu gün də səngimir. Daha doğrusu, bu gün müsavatçılara Arif Hacılı başqanlı edir və yenə də partiyada İ.Qəmbər avtoritarçılığı necə deyərlər, “meydan sulayır”. Y.Hacıyeva növbəti dəfə bildirib ki, Müsavat partiyası ölkədə baş verən proseslərə obyektiv deyil, müəyyən maraqlar nöqteyi-nəzərindən yanaşır. Bu səbəbdən də partiyada təmsil olunan şəxslər ədalətli yanaşma hissindən kənarda qalmalı olurlar.

Onu da qeyd edək ki, istər Müsavatdan, istərsə də AXCP-dən olan istefalara müxalifətin digər cinahında olan partiyalar da münasibət bildirərək, istefa vernlərin tamamilə haqlı mövqedə olduqlarını deyirlər.

Ədalət partiyası rəsmisi: “AXCP və Müsavatın apardığı siyasət ona gətirib çıxarır ki, insanlar əziyyət çəkirlər”

Məsələn, Ədalət partiyasının sədr müavini Mütəllim Rəhimli hesab edir ki, insanların bəyanat verərək AXCP və Müsavat kimi partiyalardan istefa vermələri normal haldır. Çünki onlar illər boyu apardıqları mübarizənin yanlış istiqamətdə həyata keçirildiyini anlayırlar və daha çox əziyyət çəkməmək üçün partiya sıralarını tərk edirlər. SİTAT: “İnsanlar uzun müddətdir ki, bu iki partiyanın arxasınca gedirlər və onlar da sanki müxalif düşərgəni inhisara alıblar. Hesab edirlər ki, yalnız bu iki partiya müxalifətdir, müxalif düşərgədə başqa partiya yoxdur. Bunların apardığı siyasət ona gətirib çıxarır ki, insanlar əziyyət çəkirlər, amma bu düşərgənin apardığı mübarizədə bir addım da olsa, irəliləyiş yoxdur. Ona görə də insanlar bezirlər, perspektiv görmədikləri, gələcəklərini görmədikləri yerdən uzaqlaşırlar”, deyə o, əlavə edib.

Ədalət rəsmisi həmçinin hesab edir ki, 90-cı illərdə aparılan mübarizə ilə bugünkü mübarizə tamamilə fərqlənməlidir.

Beləliklə, biz həm də belə qənaətə gələ bilərik ki, bu gün müxalifətin küçə müxalifəti sindromundan çıxması lazımdır, ancaq dağıdıcılar bununla bacara bilmilər. Toplantılarını çayxana və kafelərdə keçirən radikallar bu vasitə ilə öz ətraflarını daha da itirir, bununla da siyasi ölümlərinə özləri tərəfindən imza atmış olurlar.

R.RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə