"Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan hər dəfə Bakıya gəldikdə viza məsələsini qaldırdı. Ərdoğan bu məsələnin uzanmasından narahat idi. Ayrıca türk jurnalistlərin Azərbaycan Prezidenti İlham Əliyevə verdikləri hər iki sualdan biri rəsmi Bakının Türkiyə vətəndaşlarına tətbiq etdiyi vizanı nə zaman ortadan qaldıracağı ilə bağlı idi". Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun sözlərinə görə, Azərbaycan rəsmiləri bunu hansısa texniki məsələnin həlli ilə əlaqələndirirdilər: "Əsl həqiqətdə isə rəsmilərimiz ikili söhbətlərdə bunu təhlükəsizlik məsələləri ilə əlaqələndirirdilər. Yəni viza ortadan qaldırılsa Türkiyədən hansısa qruplar Azərbaycana gələ və bizə problemlər yarada bilərlər. Bu arqumenti əvvəldən qəbul etmirdim. Ona qalsa Türkiyə başqa dövlətlərin vətəndaşlarına viza tətbiq etmir və gərək indiyənə qədər problemlər içərisində boğulardı. Tam əksinə Türkiyə və ya digər qonşumuz Gürcüstan viza prosedurlarından imtina etdikdən sonra turizmdə sıçrayış yaşayırlar. Türkiyə Azərbaycanın strateji müttəfidir və vizanın ortadan qaldırılmaması müttəfiqliyə kölgə salan yeganə amil idi. Gec də olsa doğru qərar verildi.
Bu arada başqa təklifim də var. Rəsmi Bakı İran vətəndaşlarına tətbiq etdiyi viza sistemini də ortadan qaldırmalıdır. Onsuz da rəsmi Bakının yeni qərarından sonra Tehran Ankara kimi eyni xahişlə Bakıya müraciət edəcək. İranla bağlı da müəyyən təhlükəsizlik məsələləri ön plana çıxa bilər. Ancaq önəmli olan İranda yaşayan milyonlarla soydaşımızın Azərbaycana rahat gəlişini təmin etmək lazımdır. Doğrudur, o da deyilə bilər ki, ABŞ-la İran arasında müharibə başlasa qonşu ölkədən qaçqın axını ilə üzləşə bilərik. Ancaq belə bir ehtimal olsa biz onsuz da müharibədən qaçmaq istəyən soydaşlarımıza sərhəddin qapısını bağlı saxlaya bilməyəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB