Turistsiz İrəvan

Amerikanın CNN televiziya kanalı özünün veb saytında az sayda ziyarətçi turisti olan Avropanın iyirmi şəhərinin siyahısını dərc edib. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistanın paytaxtı da bu turustsiz qalan şəhərlər siyahısında yer alıb.

Məlumatda qeyd olunur ki, Avropadakı mövqeyinin fonunda Ermənistan paytaxtının turistlər üçün az qala unudulmaq dərəcəsinə çatması diqqətdən yayınmır.

Görünür, işğalçı ölkədə təhlükəsizlik, stabillik və turislər üçün vacib olan şəraitin olmaması səbəbindən tarixi İrəvan şəhəri turistsiz qalıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə