Gəncə Avtomobil Zavodu yeni avtomobil müəssisələri ilə danışıqlara başlayıb
Gəncə Avtomobil Zavodunun rəsmiləri Rusiya, Ukrayna və Almaniyanın avtomobil şirkətləri ilə danışıqlar aparır. SİA-nın bölgə müxbirinin xəbərinə görə, bu barədə zavodun mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, danışıqların məqsədi böyük yüklü avtomobil istehsalını artırmaqdır. Bundan əlavə yeni əməkdaşlıq bir sıra iri şirkətlərin Azərbaycana cəlb edilməsinə də kömək edəcək.
Hazırda Gəncə Avtomobil Zavodu Belarusun "MAZ" və Almaniyanın "Haller" şirkəti ilə əməkdaşlıq edir. Yığılan məhsullar yerli bazarla yanaşı, MDB dövlətlərində, o cümlədən Türkiyədə də satışa çıxarılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB