Azərbaycanın ekologiya və təbii sərvətlər naziri ətraf mühit bölməsi üzrə Avropa Nazirlər Şurasının üzvü seçilib
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov ətraf mühit bölməsi üzrə Avropa Nazirlər Şurasının üzvü seçilib. SİA-nın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosunun direktoru Suzanna Jeykob və Birləşmiş Millətlət Təşkilatının Avropa İqtisadi Komisyasının Baş Katibinin müavini Jan Kubişin imzası ilə məktub daxil olub.
Məktubda qeyd olunub ki, BMT-nin Avropa İqtisad Komissiyasının ekoloji siyasət üzrə komitəsinin 2-5 noyabr 2010-cu il tarixlərində Cenevrə şəhərində keçirilən on yeddinci sessiyasında Azərbaycan, Belarusiya, Ruminiya və Türkiyənin ətraf mühit nazirləri ətraf mühit bölməsi üzrə Avropa Nazirlər Şurasının üzvü seçiliblər.
Eyni zamanda, BMT-nin Avropa İqtisadi Komissiyasının Nazirlər Şurasının birinci iclasının 2011-ci ilin aprel ayında keçirilməsinin planlaşdırıldığı bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB