Elşən Manafov: “Beynəlxalq güclər tərəfindən Ermənistana qarşı hər hansı bir sanksiyanın tətbiqi meydanda yoxdur ” RƏY-ÖZƏL
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq hüququn ikili yanaşması davam edir. Məhz bu səbəbdən də problem uzun illərdir öz həllini tapmayıb. Politoloq Elşən Manafov SİA-ya açıqlamasında bildirib ki, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi 25 ildən artıq bir dövrü əhatə edir: “Dəfələrlə ölkə prezidentləri, xarici işlər nazirləri və digər səviyyələrdə baş tutan görüşlərdə müsbət nəticə əldə olunmamışdır. Bütün hallarda Ermənistan irəli sürülən təklifləri lazımı səviyyədə dəyərləndirməmiş və torpaqlarımızın azad olunması ilə bağlı danışıqları pozmuşdur. Demək olar ki, işğalçı Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllini uzatmağa çalışır. İndiki şəraitdə Ermənistanın bu davranışlarının qarşısının alınmasının yeganə yolu Ermənistana qarşı beynəlxalq hüququn prinsiplərinə söykənərək, müvafiq sanksiyaların tətbiq olunmasıdır. Hazırkı məqamda beynəlxalq güclər tərəfindən Ermənistana qarşı hər hansı bir sanksiyanın tətbiqi meydanda yoxdur. Nə qədər beynəlxalq hüququn ikili yanaşması davam edəcək və Ermənistana münasibətdə fərqli bir davranış ortaya qoyulacaqsa, işğalçı ölkə yaranmış cəzasızlıq şəraitindən sui-istifadə edərək Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlar prosesinin davam etdirilməsinə imkan verməyəcək”. Politoloq onu da əlavə edərək bildirib ki, əslində Dağlıq Qarabağ münaqişəsi MDB məkanında ən uzunmüddətli və 1-ci münaqişə ocağıdır: “Münaqişənin həlli üçün uzun müddətdir danışıqlar prosesi gedir. Ancaq ikili standartlar bu gün də bir çox ölkələrin siyasətində önəmli yer tutur. Ermənistanın işğalçı siyasətinə qarşı BMT qətnamələrinin olmasına baxmayaraq hələ də Ermənistana qarşı sanksiyalar tətbiq olunmur. Bunun əsas səbəblərindən biri bəzi ölkələrin regionda xüsusi və fərqli maraqlarının olması, münaqişə vəziyyətindən istifadə edərək Azərbaycanın güclü və müstəqil siyasətinə təsir göstərmək istəklərindən irəli gəlir. Ancaq Ermənistan xalqı özü də bu siyasətdən əziyyət çəkir, əhalinin 3/4 yoxsulluq həddində yaşayır”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB