Lori bölgəsində, xüsusən Alaverdi rayonunun kəndlərində, qanunsuz ağac kəsilməsinin kriminallaşdırılması haqqında qanun layihəsinin qəbulu ilə əlaqədar olaraq narazılıqlar artır. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Past” qəzeti yazır.
Yazıda qeyd olunur ki, ətrafında zəngin meşələr olan və yaşayış üçün əsas vasitə hesab olunan, qışda istilik probleminin həlli üçün əsas vasitə kimi ən yaxın meşə olaraq qalmaqda olan kəndlərdə problem aktual olaraq qalır. Böyük miqyaslı etiraz aksiyaları müşaiyət olunmasa da narazılıq hər gün artmaqdadır.
Qəzet yazır ki, eyni zamanda, bölgədə kifayət qədər ciddi nəzarət qurulub. Yeri gəlmişkən, əldə elən məlumata görə, ağac ticarəti ilə məşğul olanlar ya kəndi tərk edirlər, ya da asayiş keşikçiləri ilə toqquşmadan çəkinərək meşədə görünməməyi üstün tuturlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB