Abdullah Gül İrana rəsmi səfərə gedib

Abdullah Gül İrana rəsmi səfərə gedib

Türkiyə prezidenti Abdullah Gül İrana dörd günlük rəsmi səfərə gedib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, səfər İran prezidenti Mahmud Əhmədinejatın dəvəti ilə baş tutub. Tehranın hava limanında Abdullah Gülü İranın yeni xarici işlər naziri Əli Əkbər Saleh qarşılayıb.

 

Eyni zamanda səfər çərçivəsində Türkiyənin prezidenti İsafahan və Təbriz şəhərlərini də ziyarət edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə