“İran, Azərbaycan Respublikasından əlini çək'

“İran, Azərbaycan Respublikasından əlini çək'

"İran, Azərbaycan Respublikasından əlini çək' devizi altında Benilüks Azərbaycanlıları Konqresi Avropada fəaliyyət göstərən bütün təşkilat və cəmiyyətlərə, həmçinin bütün azərbaycanlilara çağırış edib: "Son dövrlərdə İranin bəzi siyasi dairələri müstəqil Azərbaycanda gedən sürətli inkişafdan narahatdırlar və bunu Guney Azərbaycanda milli-azadlıq hərəkatının başlanmasına stimul verə bilən bir amil kimi qiymətləndirirlər. Bu baxımdan İranda Azərbaycan dövləti və dövlətçiliyi əleyhinə əsassız ittihamlar və bəyanatlar səslənməkdədir. Hətta Azərbaycanda guya dövlət tərəfindən dini etiqad azadlığının boğulduğu görüntüsünü yaratmağa səy göstərirlər.

Halbuki İran özu Ümumdünya İnsan hüquqları bəyannaməsi, İrqi ayrı seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya milli və yaxud etnik, dini və dil azlıqlarına mənsub şəxslərin hüquqları haqqında BMT Bəyannaməsinin muddəalarına sayğısızlıq nümayiş etdirərək Güney Azərbaycanda yaşayan 35 milyon azərbaycanlının hüquqlarını pozur, ana dilində təhsil almaq, milli kimliyini yaşatmaq, adət və ənənəsini təbliğ etmək hüquqlarını əllərindən alaraq məqsədəyönlu şəkildə bu xalqı məhv etməyə çalışır.

Biz BAK olaraq İranın apardığı anti Azərbaycan təbliğatını birmənalı şəkildə pisləyir, bunu əslində müstəqil Azərbaycan dövlətinin daxili işlərinə qarşmaq kimi qiymətləndirirk və cavab olaraq 19 fevral saat 14-16 arasında Denhaqdakı İran səfirliyinin qarşısında etiraz aksiyasi keçiririk. BAK bütün azərbaycanlıları dövlətçiliyimizi qorumaq və 35 milyon güeyli qardaşlarımızın pozulmuş hüquqlarını müdafiə etmək üçün aksiyaya qoşulmağa çağırırıq" .

Tədbirin keçiriləcəyi ünvan: Duinweg 20-22 2585 JX Den Haag

Bütün xəbərlər Facebook səhifəmizdə