Sabah Bakıya sulu qar yağacaq

Bakıda və Abşeron yarımadasında fevralın 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, günün ikinci yarısında havanın tutulacağı, axşam bəzi yerlərdə yağıntılı olacağı, gecəyə doğru isə yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyevanın SİA-ya verdiyi xəbərə görə, sabah Bakı və Abşeron yarımadasında cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-4 dərəcə isti, gündüz 4-7 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında fevralın 15-də hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 0-4 dərəcə şaxta təşkil edəcək. Sabah Abşeron yarımadasında isə soyuq hava şəraiti gözlənilsə də, meteoroloji amillərin əsasən normal sutkalıq gedişi meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

 

Fevralın 16-da isə güclü xəzri küləyi və rütubətli hava şəraiti meteohəssas insanlar üçün əlverişsiz olacaq. Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə