Gürcüstana vizasız səyahət
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Gürcüstanla Türkiyə arasında viza rejiminin ləğv olunduğunu açıqlayıb. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, Tiflisdə səfərdə olan Ə. Davudoğlu jurnalistlərə bununla bağlı razılaşmanın əldə olunduğunu və bir- iki ay ərzində bütün hazırlıq işlərinin tamamlanacağını söyləyib.

Vija rejiminin ləğv olunması ilə iki ölkə vətəndaşları yalnız şəxsiyyət vəsiqəsindən istifadə edərək səyahət edə biləcəklər.

Türkiyəli nazir həmçinin bildirib ki, Gürcüstanın bu yaxınlarda saxladığı türk gəmisi "Afrosak" tezliklə azad ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə