Milli Qəhrəman Təbriz Xəlilbəylinin doğum günüdür

Milli Qəhrəman Təbriz Xəlilbəylinin doğum günüdür
Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlil Rza oğlu Xəlilbəylinin doğum günüdür. Qarabağ Azadlıq Təşkilatından SİA-ya verilən xəbərə görə, Təbriz Xəlilbəyli 1964-cü il fevralın 12-də Bakı şəhərində doğulub. 1991-ci ildə könüllü olaraq cəbhəyə yola düşüb. Dağlıq Qarabağın Xromort və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmiş, 31 yanvar 1992-ci ildə qəhrəmanlıqla həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə