Əhməd Davudoğlu Gürcüstanda səfərdədir

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Gürcüstana səfəri başlayıb. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, o, təyyarədən ilk olaraq Batumidə enib. Axşam saatlarında Davudoğlu ilə Acarıstan Muxtariyyətı hökumətinin rəhbəri Levan Varşalomidze arasında görüş olacaq. Bundan sonra nazir Tbilisiyə yollanacaq.

Davudoğlunun Gürcüstan prezidenti Mixail Saakaşvili və həmkarı Qriqol Vaşadze ilə görüşləri nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə