ATƏT PA-nın vitse-prezidenti Volfqanq Qrossrukla millət vəkili Fazil Mustafa bir sıra məsələləri müzakirə ediblər
ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Fazil Mustafa ATƏT PA-nın vitse-prezidenti Volfqanq Qrossrukla görüşdə bir sıra məsələləri müzakirə edib. SİA-nın verdiyi xəbərə görə, bu barədə F.Mustafa özü məlumat verib. O bildirib ki, görüş zamanı ölkədəki ümumi islahatların vəziyyəti, siyasi partiyaların fəaliyyət imkanları, eləcə də Dağlıq Qarabağ münaqişəsinə münasibət və Azərbaycanda müxalifətin gələcəklə bağlı planları istiqamətində müzakirələr aparılıb.
Onun sözlərinə görə, görüş zamanı bildirilib ki, "İslahat" deputat qrupu adından Konstitusiya dəyişikliyi layihəsi Parlamentə təqdim olunub və onlar Azərbaycanda islahatlar yolu ilə demokratikləşmənin tərəfdarıdırlar: "Bildirdik ki, bu yolla Azərbaycanda müsbət dəyişikliklər əldə etmək mümkündür. Onların isə əsas yanaşması odur ki, Azərbaycanda demokratik islahatlar hansı formada həyata keçirilir və bunun müsbət nəticələri varmı. Hesab edirəm ki, səmərəli şəkildə müzakirələr aparılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB