Səfir: “Rusiya ilə Azərbaycan narkotiklərin dövriyyəsinə qarşı birlikdə mübarizə aparmalıdır”
"Rusiya ilə Azərbaycanın xüsusi xidmət orqanlarının narkotiklərlə mübarizədə birgə əməkdaşlığını yüksək qiymətləndirirəm. Narkotik transmilli problemdir. Bu problem bütün dünyanı narahat edir. Ona görə də, buna qarşı birlikdə mübarizə aparmaq lazımdır". SİA-nın xəbərinə görə, bunu Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu bildirib. O, qeyd edib ki, Azərbaycan və Rusiya arasında dövlət sərhədlərinin delimitasiyası haqqında sənəd imzalanıb. Belə ki, Azərbaycan parlamenti bu sənədi ratifikasiya etsə də Rusiya Duması bunu etməyib: "İndi Rusiya Duması bu sənədi ratifikasiya etməlidir. Bundan sonra hər iki ölkənin sərhəd xidməti daha effektli işləyəcək".
Səfir həmçinin Rusiya Narkotiklərin Dövriyyəsinə Nəzrət Federal Xidmətinin Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi ilə bu ilin yanvarında imzalanan əməkdaşlıq haqqında sazişin hər iki ölkə arasında narkotiklərə qarşı mübarizədə əməkdaşlıq üçün yaxşı hüquqi baza yaratdığını söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB