Millət vəkili: “Hər bir bələdiyyə fəaliyyəti ilə bağlı hesabat verməlidir”
"Ölkə üzrə hər bir bələdiyyə fəaliyyəti ilə bağlı illik hesabat verməlidir". SİA-nın verdiyi xəbərə görə, bu sözləri millət vəkili Qənirə Paşayeva parlamentin bu günki iclasında çıxışı zamanı deyib. O bildirib ki, vətəndaş institutu olaraq bələdiyyələr çox təəssüf ki, bu hesabatları verməklə bağlı aydın təsəvvürə malik deyillər. Onun sözlərinə görə, çünki bu gün bələdiyyələr öz aralarında kiçik toplantı şəklində hesabatı bir-birinə verirlər: "Əslində bu 2-3 nəfərə yox , geniş şəkildə bütün ictimaiyyətə verilməlidir. Bu hesabatın formaları artıq qanunvericilikdə mövcuddur. Təəssüf ki, çox az bələdiyyələrin bu formalar haqqında təsəvvürü var".
Millət vəkili təklif edib ki, çox yaxşı olardı ki, Milli Məclis qanunvericilik əsasında bələdiyyələrin hesabatlarını tələb etsin: "Bələdiyyələrin fəaliyyətinin güclənməsində ən vacib amil büdcə məsələsidir. Bəzi məsələlər öz həllini tapsa, bələdiyyələrin büdcəsinə təsir edər. Çoxsaylı vətəndaş var ki, torpaqlarının sənədləri var, lakin orada tikinti aparmaqla bağlı icazəsi yoxdur. Bu məsələyə kompleks yanaşılmalıdır. Bələdiyyələrin reklam şitlərindən, avtodayanacaqlardan bələdiyyələrə gələn gəlirlər büdcəsinin formalaşdırmaslında mühüm rol oynaya bilər, lakin bununla bağlı kifayət qədər problem var. Əsasən də bu problemlər Bakıda var. Əgər qanunvericiliklə bu vasitələrdən gəlirlər bələdiyyələrə məxsus olmalıdırsa, bu təmin olunmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB