Rusiya XİN: "Rusiya və Azərbaycanın qarşılıqlı ərazi iddiaları yoxdur"

Rusiya XİN: "Rusiya və Azərbaycanın qarşılıqlı ərazi iddiaları yoxdur"

Rusiya və Azərbaycanın qarşılıqlı ərazi iddiaları yoxdur. SİA-nın xəbərinə görə, bunu Rusiyanın xarici işlər nazirinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviçin Rusiya XİN-nin rəsmi saytında yerləşdirilən açıqlamasında göstərilib. O, qeyd edib ki, ölkələr arasında həm Xəzər dənizi, həm də qurudakı ərazilər üzrə sərhəd müəyyən olunub.

 

Belə ki, quru sərhəd xətti 2010-cu il sentyabrın 3-də Bakıda Rusiya Federasiyası və Azərbaycan Respublikasının prezidentləri Dmitri Medvedev və İlham Əliyev arasında Dövlət sərhədi haqqında Müqavilə ilə müəyyənləşdirilib: "O, Dağıstan SSR və Azərbaycan SSR arasındakı keçmiş inzibati sərhədə uyğundur".

Bütün xəbərlər Facebook səhifəmizdə