Bu kitablar İordaniya ilə dostluq əiaqələrini əks etdirir

Bu kitablar İordaniya ilə dostluq əiaqələrini əks etdirir

Bu gün BMM-də Əhməd Abdo Tərabikin "Qarabağ: Qafqazda sülhə aparan yol" və iordaniyalı tarixçi-yazar Ömər əI-Armutinin ''Daglıq Qarabağ münaqişəsi və beynəlxalq hüquq" kitablarının təqdimatı keçirilib. SİA xəbər verir ki, təqdimat mərasimində ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğundan, bu kitabların əhəmiyyətindən danışılıb, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında bu kitabların əhəmiyyəti vurğulanıb.

Ermənilər özlərini tanıyandan ən böyük düşmənləri kimi türkləri görüblər. İki əsrdən çox onların Azərbaycan və Türkiyədə müxtəlif vaxtlarda törətdikiəri terror faktları və soyqmmları bıma əyani sübutdur. Bu azmış kimi, hər zaman erməni lobbisi dünyada özlərini məzlum millət kimi göstərib haqlı çıxarmaq istəyirlər. Hətta təkcə Qərb aləmıni deyil, bəzi İslam ölkələrini də türklərin onları soyqırımına məruz qoyduqlarına inandırıblar. Bunun əsas səbəblərindən biri ermənilərin Azərbaycanda, o cümlədən də Türkiyədə insanlığa qarşı törətdikləri ağlasığmaz vəhşihkləri haqqında ərəb və İslam ölkələrində çox az tebliğat aparılmasi, onların yalanlarını ifşa edən kifayət qədər nəşrlərin olmamasıdır. Bu məqsədlə İƏT üzv Dövbtləri Jurnalistləri Assosiasiyası son 3 ildə, demək olar ki, bütün İslam dövlətlərindən 200-dən çox jurnalisti ölkəmizə dəvət etmiş, Azərbaycanla bağlı tarixi həqiqətlər barədə onlara ətraflı məlumat verilmişdir. Həmin jurnalistlər Azərbaycan gerçəkliklərini, erməni vəhşiliklərini, dövbtimizin iqtisadi və siyasi uğurlarını, turistik imkanlarını, gözəl təbiətini, zəngin mədəniyyətini, mətbəxini, qonaqpərvər insanlarını vəsf edən yüzlərlə məqalə, reportaj, süjet hazırlayaraq öz ölkələrındə yaymışlar. Bu baxımdan ötən iki ildə misirli yazıçı Əhməd Abdo Tərabikin "Qarabağ: Qafqazda sülhə aparan yol" və iordaniyalı tarixçi-yazar Ömər əI-Armutinin ''Daglıq Qarabağ münaqişəsi və beynəlxalq hüquq" kitablarının ərəbcədən dilimizə tərcümə edilib çap olunması təqdiqəlayiq haldır.
Bu il isə İƏT üzv Dövlətləri Jurnalistləri Assosıasiyası tərəfindən Ömər əl-Armutinin ikınci kitabı -"İordaniya-Azərbaycaıı əlaqəbrində önəmli məqamlar" kitabı Azərbaycan dilinə tərcümə olunaraq çap edilmişdir. Hər 3 kitab AR Prezidenti yanmda QHT-Iərə Dövbt Dəstəyi Şurasmın maliyyə yardımı ilə ərsəyə gəlmişdir. Təqdimatı keçirilən "İordaniya-Azərbaycan əlaqələrində önəmli məqamlar" kitabı Azərbaycan dövlətinin, onun Prezidenti İlham Əliyevin İslam dünyasında apardığı uğurtu siyasəti, müsəlman ölkələri ilə, o cümbdən İordaniya ilə qurduğu sıx əməkdaslıq və dostluq əiaqələrini əks etdirir. Müəllif təməli Ümummüli Lider Heydər Əİiyev və mərhum Kral Hüseyn bın Təlal tərəfindən qoyulmuş bu səmimi münasibətlərin bu gün ugurla davam etdiyini diqqətə çatdırmışdır. Əsərləri və adı bütün Ərəb dünyasında tanınan Ömər Nəzzal əl-Armuti qeyd edir ki, hər iki dövbtin balanslaşdırılmış, terrorrizmlə mübarizə, başqa dövlətlərin daxili işlərinə qarışmamaq, mədəniyyətlərarası və dinlərarası dialoq, sivilizasiya və mədəni dəyərlərə sadiqlik prinsiplərinə əsaslanan siyasət yürütməsi xalqlarımızı bir-birinə yaxınlaşdıran başlıca amillərdir. İsrail işğalından əziyyət çəkən İordaniya Dağlıq Qarabağ probleminın həllində münaqişənin sülh yolu ilə həllinın, regionda sülhün bərqərar olmasının tərəfdarıdır.
Ömər Nəzzal əl-Armutinin qələmindən çıxmış "Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq hüquq" və “İordaniya-Azərbaycan əlaqələrində önəmli məqamlar" kitabları ölkəmizə və xalqımıza böyük ehtıram və səmimı sevgi hissi ilə yazılmışdır. Hər iki kitab tələbələr, tədqiqatçılar, diplomat və eləcə də turistlər üçün faydalı ədəbiyyat kimi qiymətləndırilə bilər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə