YAP Qobustan rayon təşkilatının gənclər birliyi orduya dəstək aksiyasına qoşulub
YAP Qobustan rayon təşkilatı Azərbaycan Respublikasının Baş nazirinin müavini, YAP İcra katibi Əli Əhmədovun çağırışına qoşularaq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməkliyi məqsədilə aksiya keçirib. Aksiya zamanı YAP Qobustan rayon təşkilatının kollektivi banka gedərək, Silahlı Qüvvələrə Yardım Fondunun hesabına maddi dəstək göstərib. YAP Qobustan rayon təşkilatının sədri Füzuli Güləliyev bildirib ki, ordu xalqın qürur mənbəyi və onun müdafiəsinin təminatçısıdır: "Azərbaycan Ordusu öz qüdrətilə hər zaman öndədir. Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində açdığı yol ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Silahlı Qüvvələrimiz yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu inkişafa, az da olsa, hər birimizin dəstək olması qüdrətli Azərbaycanın birliyinin göstəricisidir. Bu dəstək bütün hərbi hissələrin müasir standartlara uyğun qurulmasında, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılmasında, ordumuzun müasir silahlarla təmin edilməsi kimi görülən mühüm işlərdə, hər bir azərbaycanlının dayağı və qayğısı deməkdir. Onlar bizim sabit yaşayışımızın təminatçılarıdır". Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fonduna dəstək aksiyasına YAP Qobustan rayon təşkilatının ərazi ilk partiya təşkilatları da qoşulub və vurğulanıb ki, bu aksiyaya qoşulmaq Azərbaycanın hər bir vətəndaşını bir olmağa Silahlı Qüvvələrə dəstək olmağa səsləyir. Aksiya davam edir.
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB