İşığa həsrət qalan İrəvan

Paytaxt İrəvana elektrik enerjisinin verilişi dayandırılıb. SİA xəbər verir ki, bu barədə Ermənistana məxsus aysor.am saytında məlumat yayımlanıb.

Məlumatda deyilir ki, bu gün 12:30 radələrində İrəvanın hər tərəfində elektrik enerjisi tamamilə kəsilib. Eyni zamanda məlumatda o da qeyd olunur ki, hətta rabitə, telefon əlaqəsi və internet belə fasilələrlə, çox pis işləyir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə